Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Poetika.izm” jurnalının növbəti sayı işıq üzü görüb
12.03.2021 15:14
  • A-
  • A
  • A+

“Poetika.izm” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının 2020-ci ilə aid II sayı çap olunub.

Jurnal Ədəbiyyat İnstitutunun Elmi Şurasının 04 dekabr 2013-cü il tarixli 7 saylı qərarı ilə təsis edilib. Sözügedən jurnal ədəbiyyatın mahiyyətini, qanunlarını, kateqoriyalarını, məqsəd və funksiyasını, ədəbi dəyər məsələsini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmalara üstünlük verir.

“Poetika.izm” elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın baş redaktorunun müavini, professor Tahirə Məmməd, məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul redaktoru isə Ülkər Hüseynovadır.

“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu sayı “Tarixi poetika”, “Ədəbi təhlil. Mətn poetikası”, “Janr, struktur, forma”, “İntertekustallıq və multidisplinar əlaqələr”, “Yubileylər” bölmələrindən ibarətdir. Bu nömrə akademik İsa Həbibbəylinin “Kitabi-Dədəd Qorqud”un janrı: “yazılı” epos və ya roman-epopeya” məqaləsi ilə başlayır.

“Poetika.izm” jurnalının redaksiya heyətinə Azərbaycan, İtaliya, Latviya, Yaponiya, Polşa, Türkiyə, Bosniyanın alimləri daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: