Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ИНТЕРЕСНАЯ ИНФОРМАЦИЯ

Süni intellekt ilk dəfə pyes yazıb
30.04.2021 11:02
  • A-
  • A
  • A+

Süni intellekt ilk dəfə pyes yazıb

GPT-2 süni intellekt sistemi tədqiqatçıların rəhbərliyi ilə pyes yazmağa nail olub.

İlon Maskın “OpenAI” kompaniyası tərəfindən hazırlanan GPT-2 sistemi internetdə əlçatan olan informasiyanın filtrasiyası hesabına mətni generasiya edən kompüter modelidir. Əvvəl bu texnologiya hekayə və şeirlərin yazılması üçün istifadə olunub.

Tədqiqatçılar pyesin yazılması prosesini işə salmaq üçün proqrama iki dialoq təklifi daxil edib. Sonra süni intellekt informasiyanı hesablayaraq 1000 sözlük əlavə mətn hazırlayıb. Məntiqi və ya faktiki uyğunsuzluqlar aşkar olunduqca hadisəyə müdaxilə edilsə də, pyesin yekun ssenarisinin 90 faizinə düzəliş olunmadığı bildirilir.

AzərTac

  • Поделиться: