Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ИНТЕРЕСНАЯ ИНФОРМАЦИЯ

Marsda yeni vulkan püskürmələrinin izləri aşkarlanıb
08.05.2021 09:40
  • A-
  • A
  • A+

Marsda yeni vulkan püskürmələrinin izləri aşkarlanıb

Marsdakı Elisium ovalığında aşkarlanan izlər son 50 min il ərzində çox sayda vulkan püskürmələrinin baş verdiyini göstərir.

Bu barədə Planetologiya İnstitutunun elmi işçisi David Horvat “İcarus” elmi dərgisindəki məqaləsində bildirib.

D.Horvatın başçılıq etdiyi tədqiqat qrupu Mars ətrafında hərəkətdə olan süni peyklərdən əldə edilən məlumatlar əsasında sözügedən bölgədə gənc vulkanizmə dair əlamətlər aşkar edib.

Qeyd edək ki, güclü vulkanik fəaliyyətlərin 3-4 milyard il bundan əvvəl baş verdiyi Marsda son 3 milyon il ərzində vulkanik fəaliyyətlərə dair hər hansı əlamətin olmadığı deyilirdi.

report.az

  • Поделиться: