Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Azərbaycana yay fəsli gəlib
21.06.2021 09:44
  • A-
  • A
  • A+

Azərbaycana yay fəsli gəlib

Bu gün Bakı vaxtilə saat 07:32-da Azərbaycana yay fəsli daxil olub.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1) olur.

Həmin gün ən uzun gündüz və ən qısa gecə  olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə  olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: