Qurbanov Maqsud Rüstəm oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası,  Şərur rayonu, Qarabağlar kəndi   
Təvəllüdü 09.05.1941 
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti, biologiya fakültəsi
Elmi dərəcəsi Biologiya elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı


03.00.05 (2417.01)

Botanika

Göyrüş (Fraxinus L.) növlərinin Abşeron şəraitinə introduksiyası, onların yaşıllaşdırma və meşəsalma işlərində əhəmiyyəti
Doktorluq dissertasiyasının mövzusu:

- ixtisas şifri                             

 - ixtisasın adı

 - mövzunun adı



03.00.05 (2417.01)

Botanika

İntroduksiya edilən oduncaqlı bitkilərin toxumverməsinin və toxum keyfiyyətinin yüksəldilməsinin elmi əsasları
Müxbir üzv seçilməsi

-         tarix

-         ixtisasın adı

30 iyun 2001-ci il

Botanika
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 161
Xaricdə çıxmış elmi əsərlərinin sayı 74
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 12
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı



6

1

Əsas elmi nailiyyətləri Bitki introduksiyasının uğurluğunun qiymətləndirilməsi, bioloji aktiv maddələrlə toxum keyfiyyətinin yüksəldilməsi, toxumların rentgenoloji təhlili kimi metodlar, toxum keyfiyyətini qiymətləndirmək üçün obyektiv bölgü, bitkilərin böyümə, meyvə və toxumvermə proseslərinin riyazi modelləşdirmə vasitəsilə proqnozlaşdırılması kimi üsullar işləyib hazırlamışdır. Poliploid bitki toxumlarının həyatiliyini yüksəltmək üçün müxtəlif ploidli fərdlərin hibridləşdirilməsi metodunu təklif etmiş, toxumların rentgenoloji analizi üçün universal təsnifat işləyib hazırlamışdır. Toksiki sənaye tullantılarına qarşı verilən cavab reaksiyalarına görə bitkilərin ekoloji qruplarını təsnif etmiş, meyvə və toxumların, həmçinin fərdlərin tam biomorfoloji əlamətlərinə görə bitkilərin qeyri-ənənəvi üsullarla təyin edilməsi üçün rəqəmsal və hərfli-rəqəmsal politomik təyinat açarlarını tərtib və tətbiq etmişdir.
Elmi əsərlərinin adları

1. Рентгенография семян с увеличенным изображением. / Бюл. ГБС АН СССР, вып.133. Москва: Наука, 1984, с.97-101

2. Семена древесных пород. Методы рентгенографического анализа (Отраслевой стандарт ОСТ 56-94-88) – Москва: Госкомлес СССР, -1988, 22 с. (в соавторстве).

3. İn situ və ex situ şəraitindəki ağac və kol bitkiləri toxumlarının müqayisəli rentgenoqrafik təhlili. AMEA-nın Xəbərləri, Biologiya elmləri seriyası, № 5-6, 2006, s.82-96.

4. Meyvə və toxumlarına görə bitki növlərinin qeyri-ənənəvi təyinat üsulları. –Bakı: Elm, 2011. 60 s.

5. Şamların taksonomiyası, biomorfoloji və rentgenoloji xüsusiyyətləri. – Bakı: Elm, 2013-72 s. (həmmüəlliflə)
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

1. AMEA Mərkəzi Nəbatat Bağı Elmi Şurasının üzvü

2. Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm Mərkəzi ET Əkinçilik İnstitutu nəzdindəki ixtisaslaşdırılmış şuranın üzvü

3. MDB ölkələri üzrə introdusentlərin toxumşünaslıq və toxumçuluq komissiyasının üzvü, Cənubi Qafqaz respublikaları üzrə analoji komissiyasının sədri. 

Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti  
Təltif və mükafatları  
İş yeri və ünvanı AMEA-nın Mərkəzi Nəbatat Bağı, Bakı, AZ1073, Badamdar yolu, 40
Vəzifəsi Baş elmi işçi
Xidməti tel. (+994 12) 5024903 (əlavə 32)
Mobil tel . (+994 50) 5540145
Ev tel.  
Faks (+994 12) 5024172 
Elektron poçtu