Tağıyev Dilqəm Bəbir oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Kəlbəcər rayonu   
Təvəllüdü 06.01.1950 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan (indiki Bakı) Dövlət Universiteti  
Elmi dərəcəsi Kimya elmlər doktoru 
Elmi rütbəsi Akademik
Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı
 

 

02.00.03 (2306.01)

Üzvi kimya

Olefinlərin seolit katalizatorları üzərində çevrilmələrinin tədqiqi
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


02.00.15 (2316.01) 

Kimyəvi kinetika və kataliz

Karbohidrogenlərin oksidləşdirici dehidro-genləşmə və piroliz reaksiyaları üçün seolit və silikagel əsaslı katalitik sistemlər
Müxbir üzv seçilməsi

-         tarix

-         ixtisasın adı

2007

neft kimyası

Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı

2014

kimyəvi kinetika və kataliz

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-   beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
600

 

370

 

165

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 50 
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


13

Əsas elmi nailiyyətləri Tərkibində heç bir keçid elementi və ya metallar saxlamayan seolitlərin (oksidləşmə-reduksiya tipli reaksiyalar üçün qeyri-ənənəvi katalizatorların) hidrogenləşmə, hidroizomerləşmə və oksidehidro­genləşmə reaksiyalarında yüksək aktivliyini ilk dəfə göstərmiş və bununla da hidrogenləşdirici katalizatorların yeni nəslinin yaradılmasının əsası qoyulmuşdur. Alkil naften karbohidrogenlərin seolit katalizatorları üzərində əvvəllər məlum olmayan çevrilmələrini aşkar etmiş, onları oksidehidrodisproporsionallaşma və oksidehidro­izomerləşmə reaksiyaları adlandırmışdır. Seolitə bənzər dəmir, sink və qallium fosfatların ilk dəfə hidrotermal sintezini aparmış, onların quruluşunu və katalitik xassələrini tədqiq etmişdir. Mikro­məsaməli katalizatorlarda müxtəlif reaksiyaların kinetikasının öyrənilməsində vacib parametr olan diffuziya əmsalını hesablamaq üçün ekspress üsul təklif etmişdir. Kiçik və orta molekul kütləli olefinlərin di- və oligomerləşmə reaksiyaları üçün metal komplekslər və heteropoliturşular əsasında selektiv katalizatorlar sintez və tədqiq etmişdir. Metal kompleks katalizatorların heterogen­ləşdirilməsi üçün onların qeyri-üzvi daşıyıcı səthində kimyəvi yolla “bərkidilməsi” üsulunu işləyib hazırlamışdır. Nikel tiopirazolaldiminat kompleklərinin stereokimyəvi sərtliyi və katalitik aktivliyi arasında əlaqənin mövcüdluğunu aşkar etmişdir. Alkilləşmə reaksiyası ilə krezolların və ksilenolların müxtəlif izomerlərinin selektiv sintezi üçün seolit katalizatorlarının seçilmə prinsiplərini müəyyən etmişdir. Parafinlərin aşağı temperaturlu izomerləşmə prosesi üçün tərkibində bahalı və nəcib metallar olmayan mordenitsir­konium əsaslı yeni katalizator işləyib hazırla­mışdır. Benzolu parafinlərlə aşağı temperaturda alkilləşdirmək üçün yeni katalizator təklif etmişdir. Praktiki əhəmiyyət kəsb edən bir neçə proseslər üçün işlənib hazırlanmış katalizatorların effektivliyi pilot qurğularında uzun müddət aparılan sınaqlar nəticəsində təsdiq edilmişdir.
Elmi əsərlərinin adları 1. Д.Б.Тагиев. «Кристаллические алюмосиликаты в катализе». Баку. Элм. 1989. 222 с.

2. D.B.Tağıyev “Heterogen kataliz neft kimyasında”. Bakı. Elm. 1992. 243 s.

3. Д.Б.Тагиев, А.Н. Мамедов. «Перспективные направления современной химии». Баку «Элм». 2014. 328 с.

4. D.B.Tağıyev, H.M.Əlimərdanov, S.İ.Abasov “Kinetika və kataliz”. Bakı. Elm. 2014. 616 s.

5. Dilqəm Tagıyev, Asif Məmmədov. Tək atomlardan supramolekulyar kimyaya. Bakı, Elm. 2015, 315 s.

6. Dunya M.Babanly, Imameddin R., Amiraslanov, Anderi V, Shevelkov, Dilqam B. Tagiyev. Phase equilibria in the T/T/I-Se system and thermodynamic properties of the ternary phases. Journal of Alloys and Compounds, 2015, V.644, pp.106-112

7. S.N.Mustafayeva, D.M.Babanly, M.M.Asadov, D.B.Tagiyev. Freguency dispersion of the dielectric coefficients and conductivity of Tl6SI4 crystals. Physics of the Solid State, 2015, vol. 57, No. 10, pp.1913-1915.

8. M.M.Asadov, S.N.Mustafayeva, A.N.Mamedov, D.B.Tagiyev. Effect of composition on the properties of(TlInSe2)1-x (TlGaTe2)x solid solutions. Russian Journal of Inorganic Materials, 2015, vol. 51, No. 12, pp.1327-1332

9. G. A. Bagirzade, D. B. Tagiyev, M. R. Manafov. Kinetics Of Vapor Phase Ammoxidation Of O-Xylene On V-Sb-Bi-Cr/G-Al2o3 Oxide Catalyst I. About The Competing Ways Of Formation Of The Main Products. International Journal of Current Research, 2015, №4, pp.59-67

10. Dunya M.Babanly, Ziya S. Aliev, Samira Z.Imamaliyeva, Fco.Javier Zuniga, Gotzon Madariaga, Dilqam B. Tagiyev. An investiqation of the Tl-Te-I system and crystal structure of the Tl5Te2I. Journal of Alloys and Compounds. 688. (2016). pp.997-1005
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Nyu York Elmlər Akademiyasının həqiqi üzvü (1994),
Beynəlxalq Seolit Assosiasiyasının üzvü (2001),
Amerika Kimya Cəmiyyətinin üzvü (2003),
Rusiya Təbiətşünaslıq Akadrmiyasının üzvü (2013).
Pedaqoji fəaliyyəti Azərbaycan Tibb Universitetinin professoru 
Digər fəaliyyəti ”Azərbaycan Kimya jurnalı”nın baş redaktoru,  “Azərbaycan MEA-nın Məruzələri”, ”Azərbaycan MEA-nın Xəbərləri” “Elm dünyası” jurnallarının, “ELM” qazetinin redaksiya şurasının, Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının, Azərbaycan Respublikası Narkomanlıga və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının  üzvüdür.
Təltif və mükafatları 1.Kimya və  kimya  texnologiyası  sahəsində  SSRİ  Lenin Komsomolu  mükafatı  laureatı-1983,

2."Əməkdə  fərqləndiyinə  görə"  medalı-1986,

3.“Azərbaycan Respublikasının Əməkdar müəllimi”-2000;

4.Azərbaycan MEA-nınFəxri fərmanı-2010;

5.“Tərəqqi” medalı-2010; 

6.Müxtəlif təşkilatların diplomları, fəxri fərmanları və təşəkkürləri.

İş yeri və ünvanı AMEA-nın Rəyasət Heyəti, Kimya Elmləri Bölməsi, AZ1001, Bakı şəh., İstiqlaliyyət kuç., 30

AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Bakı ş., Az1143, H.Cavid pr.113

Vəzifəsi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Kimya Elmləri Bölməsinin akademik-katibi,

Kataliz və Qeyri-üzvi Kimya İnsitutunun direktoru

Xidməti tel. (+994 12) 4921556,

(+994 12) 4927581,

(+994 12) 5399382
Mobil tel . (+994 50) 5349111
Ev tel. (+994 12) 5683512 
Faks (+994 12) 5108593,

(+994 12) 4921556

Elektron poçtu dtagiyev@rambler.ru