Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Həqiqi üzvlər

Hüseynova İradə Məmməd qızı
Anadan olduğu yer Naxçıvan MR,  Ordubad şəhəri    
Təvəllüdü 24.05.1965
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti, Kimya fakültəsi 
Elmi dərəcəsi Biologiya elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-          ixtisas şifri

-          ixtisasın adı

-          mövzunun adı


2415.01 , 2411.02 

Molekulyar biologiya,  Bitki fiziologiyası

Buğda xloroplastlarının tilakoid membranının pigment-zülal komplekslərinin formalaşmasının genetik tənzimlənməsi
Doktorluq dissertasiyasının mövzusu:

-          ixtisas şifri

-          ixtisasın adı

-          mövzunun adı


2406.02 

Biokimya

Buğdanın fotosintetik membranının piqment-zülal komplekslərinin formalaşması və yığılmasının molekulyar-genetik mexanizmləri
Müxbir üzv seçilməsi:

-          tarix

-          ixtisasın adı

2007

biokimya, bioinformatika

Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı

2014

biokimya

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı:

-          xaricdə çıxmış elmi əsərlərinin sayı:

-     beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

276

 

185

 

60
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


 3

Əsas elmi nailiyyətləri

Ali bitkilərin fotosintetik membranlarının əsas struktur-funksional komponentləri olan piqment-zülal komplekslərinin sintezi, yığılması və formalaşması proseslərinin molekulyar-genetik mexanizmləri kompleks şəkildə tədqiq olunmuş, bitkilərin ekstremal şəraitə uyğunlaşmasında fotosintetik dəyişikliklərin mümkün rolu müəyyənləşdirilmiş və bitkilərin  abiotik (quraqlıq, şoranlıq, radiasiya) və biotik  (virus, fitoplazma) streslərə qarşı davamlılığının müdafiə-adaptasiya proseslərinin əsasları aydınlaşdırılmışdır. Aparılan tədqiqatlar zamanı fundamental və praktiki əhəmiyyət kəsb edən bir sıra önəmli nəticələr alınmışdır.

  • Buğda xloroplastlarının piqment-zülal komplekslərinin in vivo formalaşması və fəaliyyəti zamanı nüvə və xloroplastın genetik və zülalsintezedici sistemləri arasında qarşılıqlı əlaqənin olması aşkar olunmuş və  müəyyən edilmişdir ki, fotosistem  I,  fotosistem II  və işıqtoplayan komplekslərin formalaşmasının tənzimlənməsi, əsasən, posttranskripsiya səviyyəsində baş verir;
  • Müxtəlif işıq rejimlərində aparılan təcrübələr zamanı  piqment-zülal komplekslərinin yığılma prinsipləri müəyyənləşdirilmiş  və bu proseslərdə karotinoidlərin struktur və stabilləşdirici rolu aşkar olunmuşdur; 
  • İlk dəfə olaraq buğda bitkisində  yaşıllaşmanın ilkin saatlarında ELİP (Early Light- İnduced Proteins) adlanan molekul kütləsi 20,5-19  və 17,5-15,5 kDa olan, işıqla ilkin induksiya olunan zülallar müşahidə edilmiş  və onların karotinoid  birləşdirən zülallar olması sübut edilmişdir;
  • Yüksək duzluluq şəraitində yetişdirilən bitkilərdə  molekul kütləsi 34 (cdsp 34) və 17 kDa olan polipeptidlərin sintezinin mühitdə duzun qatılığının artmasına uyğun olaraq artması aşkar edilmişdir;
  • Fitotronda nəzarət olunan şəraitdə yetişdirilən və quraqlığa davamlılığına görə fərqlənən buğda genotiplərinin müqayisəli analizi ilə göstərilmişdir ki, su qıtlığının təsirindən tolerant genotiplərdə fotosintetik membranların tərkibinə daxil olan 36, 21,5, 16,5 və 14 kDa molekul kütləli  polipeptidlərin sintezi güclənir;
  • Tarlada su qıtlığı şəraitində becərilən buğda (Triticum L.) genotiplərindəontogenezin bütün fazalarında sərbəst radikalların yaranma səviyyələri, antioksidant müdafiə sistemləri, xloroplastların nativ və funksional vəziyyəti, tilakoid membranı zülallarının sintezinin tədqiqi və Azərbaycanda Genbankda toplanan bərk (Tiriticum durum Desf.) və yumşaq (Triticum aestivum L.) buğda genotiplərinin RAPD, SSR və funksional markerlərdən istifadə etməklə quraqlığa davamlılığının skrininqi əsasında buğdanın quraqlığa adaptasiya mexanizmləri müəyyənləşdirilmiş və seleksiya üçün davamlı genotiplər qiymətləndirilmişdir;
  • Buğda genotiplərinin STS, SCAR və SSR molekulyar markerlərlə analizi nəticəsində qonur və sarı pas xəstəliklərinə qarşı  effektiv davamlı  genlər aşkar edilmişdir;
  • Azərbaycanın müxtəlif regionlarında buğda bitkisində gövdə pası törədicisinin ras tərkibinin molekulyar xarakteristikası aparılmışdır. Təknukleotid polimorfizminə əsaslanan SNP (Single nucleotide polymorphism) genotipləşdirmə metodu ilə  Ug99 ras qrupu aşkar edilməmişdir.  17 multilokus genotip əsasında 54  nümunədə genetik müxtəliflik müşahidə edilmişdir. 12 nümunənin TKTTF ras qrupuna, 42 nümunənin hələlik identifikasiya edilməmiş yeni ras qrupuna aid olduğu müəyyənləşdirilmişdir;
  • İlk dəfə olaraq Azərbaycanda mədəni və yabanı tərəvəz bitkilərində seroloji və molekulyar metodlarla RNT-  və DNT-genomlu viruslar və bu virusların qarışığı aşkar edilmiş, onların molekulyar identifikasiyası aparılmış və patogenlə yoluxmuş bitkilərin biokimyəvi, fizioloji və biofiziki xüsusiyyətləri öyrənilmişdir;
  • bibər (Capsicum annuum) bitkisinin AZ2012-PV2 nümunəsi qeyri-ribosomal stamp geninin sekvens analizi əsasında tək nukleotid polimorfizmi (SNP-single nucleotide polymorphism) ilə bir-birindən fərqlənən iki stolbur fitoplazma izolyatından ibarət qarışıq infeksiya aşkar edilmişdir;
  • Yabanı və mədəni paxlalı bitkilərdə nanovirus xəstəliklərinin bir neçə Avropa ölkəsində birgə tədqiqi zamanı Gəncədən toplanmış noxud bitkisində  elm üçün  yeni nanovirus - Black medic leaf roll virus (BMLRV) identifikasiya edilmiş və onun tam genomu sekvens olunmuşdur. Azərbaycan və İspaniyadan götürülmüş lobya nümunələrində Faba bean necrotic yellow virusun (FBNYV) beş izolyatı və Azərbaycandan olan noxud, yaşıl noxud, mərcimək və lobya nümunələrində faba bean necrotic stunt virusun (FBNSV) dörd izolyatının tam sekvens olunması nəticəsində FBNSV nanovirusunun Avropada ilk dəfə identifikasiya olunması sübut edilmişdir;
  • Nested PZR, RFLP (restriction fragment length polymorphism)və 16S r geninin senkvens analizləri nəticəsində Azərbaycanda ilk dəfə olaraq üzüm bitkisində ’Candidatus Phytoplasma solani’ fitoplazma növü aşkar olunmuş və onun təhlükəli ‘Bois noir’ xəstəliyi törətməsi müəyyən edilmişdir.
Elmi əsərlərinin adları
  1. Əliyev C.Ə., Balakişiyeva G.Ş, Məmmədov Ə.Ç, Danet J.-L., Foissac X., Hüseynova İ.M. Azərbaycanda yayılan fitoplazmaların genetik müxtəlifliyi (monoqrafiya). Bakı:Elm 2015, 150 səh.
  2. Huseynova  I.M., Aliyeva D. R., Mammadov A. Ch., Aliyev J.A. Hydrogen peroxide generation and antioxidant enzyme activities in the leaves and roots of wheat cultivars subjected to long-term soil drought stress. Photosynthesis Research, 2015, v. 125, p.279-289.
  3. Huseynova I.M., Rustamova S.M., Nasrullayeva M. Y., Aliyev J. A. Screening of barley genotypes for drought tolerance using molecular markers.  International Journal of Plant Research.  2015, v. 1, No. 3, pp. 88-92.
  4. Huseynova I.M., Rustamova S.M., Guliyeva F.B., Aliyev J.A. Evaluation of winter wheat varieties for resistance to yellow and brown leaf rust in Azerbaijan. Global Journal for Research Analysis, 2015, V.4 (1), p.5-9.
  5. Huseynova İ.M., Sultanova N.F., Mammadov A. Ch., Kosayeva N.J., Khanishova M.A., Aliyev J.A. Detection of Grapevine leafroll-assosiated virus type 3  (GLRaV-3)  in Azerbaijan and study of some histopathological changes in leaves of infected plants. 18th Conference of the International Council for the Study of Virus and Virus-like Diseases of the Grapevine, September 7-11, 2015, p. 48-50.
  6. Huseynova I., G. Balakishiyeva, A. Mammadov, P. Salar and X. Foissac. ‘Bois Noir’ phytoplasma disease in grapevine in Azerbaijan. 18th Congress of the International Council for the Study of Virus and Virus-like Diseases of the Grapevine (ICVG 2015). Ankara. 7-11 September 2015, p. 124-125.
  7. Huseynova I.M, Rustamova S.M., Suleymanov S.Y., Aliyeva D. R., Aliyev J.A. Drought-induced changes in photosynthetic apparatus and antioxidant components of wheat (Triticum durum Desf.) varieties. Abstracr book of the İnternational Conference “Photosynthesis Research for Sustainability – 2015: in honor of Dr. George C. Papageorgiou”, 2015, Greece. p.108.
  8. Süleymanov S.Y., Qasımova K.B., Huseynova İ.M., Alıyev J.A. (2015) The effect of ionising radiation on piqment production, photochemical efficiency, protein level and generation of reactive oxygen species in plants. İnternational conference “Photosynthesis Research for Sustainability” in honor of Dr. George C. Papageorgiou, p.107, Crete, Greece.
  9. Hüseynova İ.M., Sultanova N.F., Mirzəyeva S.T., Məmmədov Ə.Ç.,  Əliyev C.Ə. Azərbaycanda tərəvəz bitkilərini yoluxduran qarışıq virus infeksiyaları haqqında ilk məlumat: onların yayılması və diaqnostikası.АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, 2015,  səh.
  10. Balakishiyeva G.Sh., Mammadov A.Ch., Foissac X., Huseynova I.M.  Molecular Characterization of ‘Candidatus Phytoplasma Solani’ from Prunus avium and Solanaceous crops  in north regions of Azerbaijan. Reports of ANAS, 2015, p.103-107.
  11. Huseynova I.M., Balakishiyeva G.Sh., Mammadov A.Ch., Danet J.-L., Salar P., Foissac X., Aliyev J.A. ‘Candidatus Phytoplasma solani’ associated with grapevine ‘Bois Noir’ disease in Azerbaijan. Proceedings of ANAS, 2015, v.70, N 2, p.7-12.
  12. Əliyeva D.R., Mirzəyeva S.T., Sultanova N.F., Hüseynova İ.M. Tobamoviruslarla yoluxmuş tomat bitkisində malondehidrinin, peroksidaza fəallığının və izoferment tərkibinin təyini. АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), 2015, cild 70, № 2, səh.19-24.
  13. Sultanova N.F., Hüseynova İ.M. Azərbaycanda yemişin virus xəstəliklərinin seroloji və molekulyar diaqnostikası. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Müasir biologiya və kimyanın aktual problemləri Elmi-praktik konfrans, 5-6 may 2015-ci il, GDU, səh.114.
  14. Hüseynova İ.M., Sultanova N.F., Mirzəyeva S.T., Məmmədov Ə.Ç.,  Əliyev C.Ə. Azərbaycanda tərəvəz bitkilərini yoluxduran qarışıq virus infeksiyaları haqqında ilk məlumat: onların yayılması və diaqnostikası.АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, 2015, səh. 5-10.
  15. Sultanova N.F., Mirzəyeva S.T., Hüseynova I.M. Azərbaycanda pomidor bitkisini yoluxduran virus xəstəliklərinin seroloji metodlarla diaqnostikası. “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda V Beynəlxalq elmi konfrans, 24-25 aprel, , BDU 2015, Bakı, səh. 107-108.
  16. Sultanova N.F., Balakishiyeva G.Sh., Mammadov A.CH., Huseynova İ.M., Aliyev J.A. Serologycal and molecular detection of melon (Cucumis Melo L.) infecting viruses in Azerbaijan. World Congress on Infectious diseases, August 10-12, 2015,  London, UK. p. 38.
  17. Qasımova F.İ., Məmmədov Ə.Ç., Süleymanov S.Y., Hüseynova İ.M. NaCl duzunun müxtəlif qatılıqlarının buğda genotiplərinin su rejimi parametrlərinə və fotosintetik piqmentlərinə təsiri. Azərbaycan Aqrar Elmi, 2015, Cild 3, səh.42-44.
  18. Huseynova I.M., Ibrahimov E.R., Rustamova S.M., Szabo L., Aghayeva D.N. and Aliyev J.A. Wheat stem rust pathogene in Azerbaijan. Borlaug Global Rust Initiative Technical Workshop, Australia, 2015.
  19. Huseynova I.M., Rustamova S.M., Guliyeva F.B., Aliyev J.A. Molecular assessment of the allelic state of Lr34 leaf rust resistance gene in bread wheat germplasm in Azerbaijan. Reports of ANAS, 2015, v.LXXI, N2, p.106-11.
  20. Huseynova I.M., Rustamova S.M., Guliyeva F.B., Aliyev J.A.Wheat Rusts in Azerbaijan: Effective Genes for Resistance. İn: Advances in Environmental Research (ed. Justin A.Daniels), 2015, Volume 44, Nova Science Publishers , chapter 8, p.193-220. (invited chapter).
  21. Sultanova N.F., Mirzoyeva S.T., Aliyeva O., Huseynova İ.M. Serological and molecular diagnostics of major viral infections of Tomato (Solanum Lycopersicum L.) plants in Azerbaijan. 2nd International Plant Breeding Congress. 1-5 November, 2015, Antalya, Turkey (in press).
  22. Huseynova İ.M., Allakhverdiev S.İ., Govindjee. Jalal A. Aliyev (1928–2016): a great scientist, a great teacher and a great human being (Tribute). Photosynthesis Reserch, 2016, v. 128(3):219-22.
  23. Huseynova I.M., Rustamova S.M., Suleymanov S.Y., Aliyeva D.R., Aliyev J.A. Drought-induced changes in photosynthetic apparatus and antioxidant components of wheat (Triticum durum Desf.) varieties. Photosynthesis Research, 2016, v.130(1-3):215-223. DOI 10.1007/s11120-016-0244-z.
  24. Balakishiyeva G.Sh., Mammadov A.Ch., Foissac X., Huseynova I.M.,  Aliyev J.A. First Report of Grapevine “Bois Noir” Disease in Azerbaijan. Plant disease, 2016 December 2016, v. 100 (12): 2522. http://dx.doi.org/10.1094/PDIS-06-16-0781-PDN.
  25. Huseynova I.M., Allahverdiyev T.I., Babayev H.G., Aliyeva D.R., Rustamova S.M., Aliyev J.A. Wheat: approaches to improve under water stress. Water Stress and Crop Plants: A Sustainable Approach, 2016, John Wiley, UK, pp. 506-542 (invited chapter).
  26. Huseynova I.M., Rustamova S.M., Aliyeva D.R., Babayev H.G., Aliyev J.A. Photosynthesis, Antioxidant Protection and Drought Tolerance in Plants. Drought Tolerance in Plants, Physiology and Biochemistry, 2016, v. 1., pp. 349-378 (invited chapter).
  27. Hüseynova İ.M. Əbədiyaşar alim və şəxsiyyət Cəlal Əlirza oğlu Əliyevin əziz xatirəsinə. АМЕА-nın Xəbərləri (biologiya və   tibb elmləri),  2016, c.71, N1, s.5-10 .
  28. Huseynova I.M., Sultanova N.F., Mirzayeva S.M., Aliyeva D.R., Balakishiyeva G.Sh. and Aliyev J.A. Virus-induced changes in photosynthetic Apparatus and antioxidant enzyme activities in tomato leaves. Abstracts of the 13th International plant virus epidemiology Symposium, June 6-10, 2016, Avignon, France, p. 65.
  29. Huseynova I.M., Balakishiyeva G.Sh., Qurbanova U.A., Bayramova J.Y., Maharramov I. A. and Aliyev J.A. Response of photosynthetic apparatus, methobolic and antioxidant defense enzymes to phytoplasma infection in pepper (Capsicum annuum L.) leaves. Abstracts of the 7th International Conference "Photosynthesis Research for Sustainability - 2016" in honor of Nathan Nelson and T. Nejat Veziroglu, June 19 - 25, 2016, Pushchino, Russia, p.128.
  30. Huseynova İ.M., Aliyeva D.R.,  Sultanova N.F.,  Bayramova N.K., Allahverdiyev T.I., Aliyev J.A. Effects of grapevıne leafroll  assosıated vırus 3  on the photosynthesıs and antıoxıdant compounds  ın fıeld grown  grapevine (Vitis vinifera L.) plants. Abstracts of the 7th International Meeting "Photosynthesis Research for Sustainability - 2016" in honor of Nathan Nelson and T. Nejat Veziroglu, June 19 - 25, 2016, Pushchino, Russia, p.21.
  31. Huseynova I.M. The contributions of professor Jalal Aliyev to the development of the Institute of Botany in Azerbaijan. Abstract book of the International Conference “Innovative Approaches to Conservation of Biodiversity”, October 2-4, 2016, Baku, p.15.
  32. Debiez C., Verdin E., Moury B., Kheyr-Pour A., Sultanova N., Mirzoyeva S., Mammadov A., Huseinova I.M., Aliyev J.A., Gronenborg B. Molecular analysis of virus diseases in vegetable crops and legumes in Azerbaijan. Abstract book of the International Conference “Innovative Approaches to Conservation of Biodiversity”, Baku, October 2-4, 2016, p.19.
  33. Huseynova I.M. Identification of the Lr and Yr rust resistance genes in a collection of Azerbaijan wheat genotypes using STS and SCAR markers. Abstract book of the International Conference “Innovative Approaches to Conservation of Biodiversity”, Baku, October 2-4, 2016, p.57.
  34. Maharramova E.H., Huseynova I.M., Kolbaia S., Safarov H.M., Kozlowski G., Grunstaudl M., Muller L.A.H., Borsch T. Genetic diversity and evolutionary history of Colchic and Hyrcanian relict trees – implications for concervation and management. Abstract book of the International Conference “Innovative Approaches to Conservation of Biodiversity”, Baku, October 2-4, 2016, p.80.
  35. Balakishiyeva G.Sh, Bayramova J.Y., Mammadov A.Ch., Huseynova I.M., Aliyev J.A. Actual situation of phytoplasma diseases in Azerbaijan. Abstract book of the International Conference “Innovative Approaches to Conservation of Biodiversity”, Baku, October 2-4, 2016, p.68.
  36. Rustamova S.M.,  Niyazova N.N.,  Huseynova I.M. Identification of  wheat TaDREB1 gene using functional markers. Abstract book of the International Conference “Innovative Approaches to Conservation of Biodiversity”, Baku, October 2-4, 2016, p.66.
  37. Isgandarova T.Y., Rustamova S,M., Huseynova I.M.  Assessment of drought tolerance of wheat plants using trap marker linked to cell membrane stability. Abstract book of the International Conference “Innovative Approaches to Conservation of Biodiversity”, Baku, October 2-4, 2016, p.142.
  38. Mirzoyeva S.,SULTANOVA N.F., Huseynova I.M. Serological detection of cucumber mosaic virus infecting tomato plants (Solanum Lycopersıcum L.) in Azerbaijan.Abstract book of the International Conference “Innovative Approaches to Conservation of Biodiversity”, Baku, October 2-4, 2016, p.158.
  39. Huseynova I.M., Ibrahimov E.R., Rustamova S.R., Hajiyeva A.T., Sadigov Sh.F., Aghayeva D. N., Szabo L. J., Aliyev J.A. Molecular study Of Pgt  races in Azerbaijan. Abstract book of the International Conference “Innovative Approaches to Conservation of Biodiversity”, Baku, October 2-4, 2016, p.151.
  40. Aliyeva D.R., Nemanli L., Maharramov I., Balakishiyeva G.Sh., Huseynova I.M. Effect of phytoplasma infection on photosyntheticpigments and antioxidant content in pepper (Capsicum annum L.) leaf cells. Abstract book of the International Conference “Innovative Approaches to Conservation of Biodiversity”, Baku, October 2-4, 2016, p.143.
  41. Jahangirov A.A.,  Hamidov H.N.,  Jahangirov A.A., Huseynova  I.M. The study of the reutilization of bread autumn wheat in the upland shirvan region. Abstract book of the International Conference “Innovative Approaches to Conservation of Biodiversity”, Baku, October 2-4, 2016, p.163.
  42. Sadigov Sh. F., Huseynova I.M. The Study of the environmental effects on yellow spot disease in wheat leaves. Abstract book of the International Conference “Innovative Approaches to Conservation of Biodiversity”, October 2-4, 2016, Baku, p.165.
  43. Sultanova N.F., Gurbanova M.,  Huseynova I.M. Physiological and biochemical changes in melon (Cucumis Melo L.) plants infected with zucchini yellow mosaic virus. Abstract book of the International Conference “Innovative Approaches to Conservation of Biodiversity”, October 2-4, 2016, Baku, p.70.
  44. Bayramova N.K., Sultanova N.F., Əliyeva D.R., Hüseynova İ.M. Virus infeksiyasının üzüm yarpaqlarında malondealdehidinin və fotosintetik piqmentlərinin miqdarında təsiri. Gənc alimlərin I beynəlxalq elmi konfransı, 17-18 oktyabr 2016-cı il, Gəncə,səh. 244.
  45. Huseynova İ.M., Sultanova N.F., Mirzoyeva S.T., Aliyev J.A. Serological and molecular detection of virus infections of tomato (Solanum lycopersicum L.) plants in Azerbaijan. Reports of ANAS, 2016, N.3,2016, səh 73-78.
  46. Sadıqov Ş.F., İbrahimov E.R., Hüseynova İ.M. Yerli və introduksiya edilmiş sortların in vitro şəraitdə sarı ləkə xəstəliyinə (Pyrenophora tritici repentis) qarşı davamlılığının öyrənilməsi. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi əsərləri məcmuəsi, 2016, Bakı, səh.238-241.
  47. Balakişiyeva G.Ş., Nemanlı L.F., Bayramova C.Y., Sultanova N.F., Hüseynova İ.M. “Candidatus Phytoplasma solani” Infeksiyasının Abşeronda Becərilən Üzüm Sortlarının Yarpaqlarında Fotosintetik Piqmentlərə Təsiri “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda VI Beynəlxalq elmi konfrans, 26-27 aprel, BDU 2016, Bakı, səh. 5-6.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

Fotosintez Tədqiqatları üzrə Beynəlxalq cəmiyyətin üzvü;

Avropa bitki biologiası cəmiyyətinin (FESPB)  Azərbaycan bölməsinin üzvü;

Avropa Biokimyaçılar Сəmiyyəti  Federasiyasının (FEBS) üzvü;

YUNESKO yanında “Bioetika, elmi biliklərin və texnologiyanın etikası” üzrə Milli Komitənin səlahiyyətli  nümayəndəsinin müavini;

Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyətinin Rəyasət Heyətinin üzvü;

Azərbaycan Bitki Fizioloqları cəmiyyətinin üzvü.
Pedaqoji fəaliyyəti Bakı Dövlət Universiteti, Biologiya fakültəsi, Biofizika və molekulyar biologiya kafedrasının professoru
Digər fəaliyyəti

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya problemləri üzrə Elmi Şurasının sədr müavini;

“AMEA-nın Xəbərləri” (biologiya və tibb elmləri) jurnalının baş redaktorunun müavini;

AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının üzvü;

AMEA Botanika İnstitutunun Elmi Şurasının üzvü. 
Təltif və mükafatları

AMEA-nın Fəxri fərmanı (2006, 2010, 2015);

AMEA-nın Həsən bəy Zərdabi mükafatı (2014); 

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı - 2019

İş yeri və ünvanı AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Mətbuat prospekti, 2A, Bakı, AZ1073, Azərbaycan
Vəzifəsi

Baş direktor,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, 

Biologiya və Tibb Elmləri Bölməsinin sədri

Xidməti tel. (+994 12) 5381164 
Mobil tel . (+994 50) 3541606 
Ev tel. (+994 12) 5117328 
Faks (+994 12) 5102433 
Elektron poçtu huseynova-i@botany-az.org,

i_guseinova@mail.ru