Koişiro Matsuura 29 sentyabr 1937-ci ildə Tokioda anadan olub.
1959-cu ildə Tokio Universitetinin hüquq fakültəsini, 1961-ci ildə isə ABŞ-ın Pensilvaniya ştatının Heyverford kollecinin iqtisadiyyat fakültəsini bitirib. Diplomat kimi fəaliyyət göstərən Koişiro Matsuura 1992-1994-cü illərdə Yaponiyanın Xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. O, 20 oktyabr 1999-cu ildə YUNESKO-nun baş direktoru vəzifəsinə təyin olunub. Təşkilatın sayca doqquzuncu rəhbəri olan cənab K.Matsuura bu vəzifəyə təyin olunan Asiya ölkələrinin ilk nümayəndəsidir. K.Matsuura 12 oktyabr 2005-ci il tarixində 4 il müddətinə YUNESKO-nun baş direktoru vəzifəsinə yenidən seçilmişdir. K.Matsuura beynəlxalq əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə 10 iyun 2008-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetinin Fəxri doktoru seçilmişdir.K.Matsuura səmərəli fəaliyyətinə görə 23 aprel 2001-ci ildə Böyük Litva knyazı Qyadiminas ordeninin "Böyük xaç kavaleri" dərəcəsinə layiq görülmüşdür. 2003-cü ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri doktorudur. 19 iyul 2006-cı ildə “Qütb Ulduzu” ordeni ilə təltif olunub. 2002-ci ildə “Sivilizasiyalar dialoqu” beynəlxalq mükafatına layiq görülüb. Rusiya İncəsənət Akademiyasının Xarici fəxri üzvüdür. K.Matsuura 12 may 2008-ci ildə AMEA-nın Xarici üzvü seçilmişdir. |
|