Əfəndiyev Oqtay Əbdül oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müx­­bir üzvü Oqtay Əbdül oğlu Əfən­diyev 1926-cı il mar­tın 26-da Bakıda anadan olmuşdur. 1945-ci ildə Azər­­­bay­can Döv­lət Universitetinin (in­diki BDU) Şərq­­şü­nas­lıq fakültəsinə daxil ol­muş, 1946-1950-ci il­lər­də Moskva Şərq­şü­naslıq İns­­­ti­tu­tu­nun İran böl­məsində təhsilini davam et­­­dir­miş­dir. 1950-ci ildə Bakıya qa­yıtmış, 1951-ci ildə SSRİ Elm­lər Aka­de­mi­yasının Şərq­­­­­­şünaslıq İns­ti­tutunun as­pi­rantu­rasına ezam edil­miş və 1955-ci ildə Mosk­vada dis­ser­ta­si­ya­ müdafiə edərək və fəlsəfə doktoru adını almışdır. Həmin il Bakıya qayıt­mış və Tarix İnstitutunun Qə­dim və Orta əsrlər ta­rixi şöbəsində işə baş­la­mışdır. 1957-1958, 1970-1972-ci illərdə hə­min şöbənin rəhbəri və­zi­fəsi ona həvalə edil­miş­­dir. 1975-ci ildə mü­sa­bi­qə yolu ilə Azər­bay­­canın orta əsrlər tarixi şö­bə­sinin rəhbəri se­­­çilmişdir. O.Əfəndiyev 1969-cu ildə tarix elm­ləri doktoru elmi də­rə­cə­si, 1993-cü ildə pro­­fessor elmi adını almış, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü se­çil­mişdir.

 O.Əfəndiyevin elmi yaradıcılığının əsas istiqaməti Azərbaycanın orta əsr­lərdə döv­­­­­­­lət­çilik tarixinin araşdırılması ilə bağlıdır. O, ilk dəfə olaraq Şah İsmayılın qurduğu Sə­fə­­vilər (Qı­zılbaşlar) dövlətinin təşəkkülü və in­­­ki­şa­fın­da xalqımızın müstəsna və aparıcı ro­lu­nu elmi cə­hətdən əsaslandırmış və bu döv­lə­tin Azər­bay­can dövləti olduğunu sübut et­miş­dir. Həmin döv­rün mənbəşünas­lığına aid Fəz­lul­lah Ruz­bi­ha­nın “Tarixi-aləm-arayi Əmini” (Ba­kı, 1987) və Azər­baycan səyyah və dip­lo­ma­­tı “Oruc bəy Ba­yat – İranlı Don Juanın ki­ta­bı” (Bakı, 1988) əsər­lərini (birgə) ilk dəfə nəşr etdirmişdir.

O.Əfən­di­yev 150-yə qədər elmi məqalə, rəy və kollek­tiv əsər­lərin (o cümlə­dən, 30-u xaricdə çap olunub) müəl­li­fi­dir. O, “Azərbaycan tarixi”nin (7 cildlik) aka­­de­mik nəşrinin Baş Redaksiya Şurasının üz­vü, XIII-XVIII əsrləri əhatə edən III ­cildin mə­sul re­daktoru və əsas müəlliflərindəndir. Azər­­bay­can­da səfəvişü­nas­lıq elmi məktəbinin əsa­sını qoy­muş alim həmin sahə üzrə 9 elmlər na­­mi­zə­di­nin rəhbəri olmuşdur.

O.Əfəndiyev dəfələrlə bey­nəlxalq elmi konfrans və top­­lantıların (Moskva, Sankt-Peterburq, Al­­matı, Daş­kənd, London, Medison, İstan­bul, An­­ka­ra, Kayse­ri və s.) iştirakçısı və mə­ru­zəçisi ol­muş­dur.

O.Əfən­di­yev 1986-cı ildə “Şə­rəf nişanı”, 2004-cü il fevralın 14-də Azərbay­can elminin in­ki­şa­fında­kı xid­mət­lə­rinə görə, Azərbaycan Res­pub­lika­sı­nın Pre­zi­denti İlham Əliyevin fər­manı ilə «Şöhrət» or­deni ilə təltif edilmişdir.

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü Oqtay Əfənd­i­y­ev 2013-cü il fevralın 26-da Bakıda vəfat etmişdir.

(1926-2013)