Göyüşov Ziyəddin Bahadir oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sı­­nın müxbir üzvü Ziyəddin Bahadır oğlu Göyüşov 1920-ci ildə Ağdam şəhərində ana­dan olmuşdur.

Z.Göyüşov 1938-1939-cu illərdə Ağ­dam Pe­da­qo­ji Texnikumunda, 1945-1950-ci illər­də Azər­­­baycan Dövlət Universitetinin Tarix fa­kül­­tə­sinin nəzdin­dəki fəlsəfə şö­bə­sin­də təh­sil almışdır.

Z.Göyüşov 1943-cü ildə Ağdam rayo­nun­da yerli ra­dio verilişləri redaksiya­sına rəhbərlik et­miş­dir. O, 1957-ci ildə fəlsəfə doktoru, 1963-cü il­də elmlər doktoru, 1964-cü ildə isə professor elmi adını al­mış­dır. Z.Göyü­şov 1976-cı ildə Azər­bay­can Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, AMEA Fəlsəfə və Hüquq İnstitutu Fəlsəfə tarixi şöbəsinin müdiri olmuşdur.

Z.Göyüşov Azərbaycanda ilk çoxcildli milli en­­siklopediyanın yaradıl­masında fəal iştirak et­miş, Azərbaycan Sovet Ensiklopediyası El­mi Şurası­nın üzvü olmuşdur.

Z.Göyüşov Azərbaycanda fəlsəfi-etik fi­­kir tarixi problemləri ilə məş­ğul ol­muş və bu sahədə elmi istiqamət yaratmışdır. Azər­bay­­can fəlsəfə tarixi və eti­kaya dair dəyərli əsər­­lərin müəllifidir. Onun çoxsaylı əsər­lə­rin­­də əxlaq tərbi­yəsinin ən mühüm problem­lə­­­rindən biri – insanın özünüdərketməsi prob­lemi tədqiq olunur.

Azərbaycan Milli Elmlər Akademiya­sı­­nın müxbir üzvü Z.Gö­yü­şov 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir. 

(1920-1985)