Hacıyev Sabir Abdulmanaf oğlu

Hacıyev Sabir Abdulmanaf oğlu 1928-ci il sentyabrın 23-də Sisyan rayonunda ana­dan olmusdur. 1956-cı ildə Azərbaycan Döv­lət Universitetini (indiki BDU) fizika ixtisası üzrə bitirmisdir.

1960-cı ildə fizika üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika üzrə elm­­lər doktoru elmi dərəcələrini, 1975-ci ildə professor elmi adını almış, 1983-cü ildə AEA-nın müxbir üzvü seçil­mişdir.

Azərbaycan Dövlət Universitetində müəllim (1956-1960), dosent (1960-1968), Maddə quruluşu kafedrasının müdiri (1972-1990), Fizika fa­kül­təsinin dekanı (1978-1988) vəzifələrində calış­mışdır.

S.Hacıyevin elmi əsərləri, əsasən, kalibirləşmə nəzəriyyəsi üzrə aparı­lan təd­qiqatları əhatə etmişdir. Zəif qarşılıqlı təsirlərdə cütlük qanununun po­zul­ması aşkar edildikdən sonra mezonların müxtəlif kanallar üzrə parçalan­masını geniş tədqiq etmiş və bu kanallar üzrə qarşılıqlı təsirlərin həlledici va­riantlarını müəyyənləşdirmişdir. Qeyri-Abel kalibrləşmə nəzəriyyəsinin sto­xas­tik kvant­lan­masını təhlil etmiş, Qeyri-Abel stoxastikasında renormal­lığın kalibrləşməyə görə invariantlığını isbat etmişdir.

S.Hacıyev 130 elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 22 fəlsəfə dok­toru və 2 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir.

Azərbaycan Respublikasının “Şöhrət” ordeni, Amerika Bioqrafiya İnsti­tutu­nun “Şöhrət” medalı ilə təltif edilmişdir. Əməkdar elm xadimi fəxri adı ve­ril­mişdir.

AMEA-nın müxbir üzvü Sabir Hacıyev 2013-cü ildə Bakıda vəfat etmişdir. 

(1928-2013)