İsmayilov Mahmud Əliabbas oğlu

Azərbaycan Milli Elmlər Akademiyasının müx­­bir üzvü Mahmud Əliabbas oğlu İsma­yı­­lov 1920-ci ildə ana­dan olmuşdur. 1941-ci ildə Azərbay­can Döv­lət Uni­versitetinin (indiki BDU) Tarix fa­kü­ltəsini bitirmişdir. 1949-cu ildə fəl­səfə dok­toru, 1962-ci ildə elmlər doktoru adını almış, 1983-cü ildə Azər­baycan Elmlər Aka­demiyasının müxbir üzvü seçilmişdir.

M.İsmayılov 1946-cı ildən AEA-nın Tarix İnstitutunda işə başlamış, öm­rü­nün sonu­nadək elmi işlər üzrə direktor müavini və Azər­baycanın yeni tarixi şöbəsinin müdiri və­zifələrində çalış­mışdır.

M.İsmayılovun elmi yaradıcılığının əsas istiqaməti XIX-XX əsrin əvvəllə­rin­də Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfa­tının tarixi prob­lem­­lə­ri­nin tədqiqi olmuşdur. Onun «Azər­bay­can dövlət kəndliləri XIX əsrin sonunda» (1957), «XX əsrin əvvəllərində Azər­bay­ca­nın kənd təsərrü­fatı» (1960), «XIX əsrin sonu və XX əs­rin əvvəllə­rində Azərbaycanın kənd təsər­rü­fa­tında kapita­lizm» (1964), «İm­­perializm döv­ründə Azər­bay­canın so­sial-iqti­sadi struk­tu­ru» (1982) və b. əsər­lə­rin­də Şimali Azər­bay­canın kənd təsərrüfatı və iqtisadiyyatının bir sıra elmi problemləri öz əksini tapmışdır.

M.İsmayılov 3 cildlik «Azərbaycan ta­rixi»nin əsas müəlliflərindən biri,              7 cildlik «Azə­rbaycan tarixi»nin IV və V cildlərinin mə­sul redaktoru olmuşdur. Onun 1992-ci ildə çap­dan çıxmış «Azərbaycan tarixi» əsəri də­fə­lərlə nəşr olun­muşdur.

M.İsmayılov Moskvada nəşr olun­muş «SSRİ-də tarix elminin tarixi» (1955), «Qaf­qaz xalqları» (1962) və b. əsərlərin ya­zıl­ma­sın­da yaxından iştirak etmişdir. O, An­ka­ra, Kay­seri, Paris, Roma, Moskva və baş­qa şə­hər­lərdə keçirilən beynəlxalq elmi kon­frans­­lar­da iştirak etmişdir.

M.İsmayılovun rəhbərliyi ilə 25-dək na­­mizədlik və doktorluq disser­tasi­ya­sı mü­da­­fiə olunmuşdur.

M.İsmayılov «1941-1945-ci il­lərdə Almaniya üzərində qələbəyə görə», «Qaf­qazın müda­fiəsinə görə» medalları və fəx­ri fərmanlarla təltif olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının müx­­bir üzvü Mahmud İsmayılov 2002-ci il av­qus­tun 16-da Bakıda vəfat etmişdir.

(1920-2002)