Nərimanov İdeal Həmid oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü İdeal Həmid oğlu Nə­ri­ma­nov 1927-ci il yanvarın 7-də Ağ­dam şə­hə­rin­də anadan olmuşdur. 1944-cü ildə Bakı Döv­lət Universitetinin Tarix fa­kültəsinə daxil ol­muş­dur. 3 ildən sonra təh­silini Leninqrad (Sankt-Pe­ter­burq) Dövlət Uni­ver­si­­tetinin Tarix fa­kül­tə­sin­də da­vam et­dir­miş və 1950-ci ildə həmin uni­ver­siteti bi­tirmişdir.

İ.Nərimanov 1951-ci ildə Mosk­vada Ru­siya Elm­lər Aka­demiyasının Maddi Mə­də­niy­­yət Ta­ri­xi İns­titutunda “Gəncəçay ra­yo­nu­nun arxeoloji abi­dələri” möv­zusunda fəlsəfə doktoru adı almaq üçün dis­ser­ta­si­ya­ müdafiə etmişdir. 1953-cü ildə SSRİ EA Arxeologiya İnstitutunun Kuy­bışev, 1955-ci ildə Şimali Qafqaz, 1953-cü ildə AEA və SSRİ EA birgə arxeoloji eks­pe­disiyalarında iştirak etmişdir. 1982-ci ildə Gür­cüstan Elmlər Akademiyası Tarix, Ar­xeo­lo­giya və Et­no­qrafiya İnstitutunda “Azər­bay­ca­nın ən qə­dim əkinçi-maldar əha­lisinin mə­dəniyyəti” ad­lı doktorluq dis­sertasiyası mü­dafiə etmişdir. Azərbaycan Elmlər Aka­de­­mi­ya­sı­nın Ar­xeolo­giya və Etnoqrafiya İns­ti­­tutunun Eneolit və ilk tunc dövrü ar­xeo­lo­gi­ya­sı şö­bəsinin mü­di­ri vəzifə­sində çalışmışdır.

İ.Nərimanov 2001-ci ildə Azər­bay­can Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üz­vü seçilmişdir.

İ.Nərimanov 1960-1964-cü illərdə Ağstafa ra­yo­nu əra­­­zisindəki Şomu­təpə neolit dövrü (e.ə. VI mi­n­illik) yaşayış məskəninin qa­zın­tısı əsa­sın­da Şomutəpə arxeoloji mə­də­niyyətini kəşf et­miş­­dir. Eyni zamanda, hə­min bölgədə bu mə­də­­niy­yətə aid Töy­rə­­təpə, Qarğalartəpəsi və s. abi­­dələrdə ar­xeoloji qazıntı işləri aparmış və on­­­lar­la bu cür abidələri aşkar etmişdir.

İ.Nərimanov 1973-1979-cu illərdə İraqda arxeo­lo­ji qa­­zıntılar aparan Sovet ekspe­di­si­ya­sı­nın tə­r­ki­bin­­də çalışmışdır.

İ.Nərimanov 1983-1985-ci illərdə Ağdam rayonu əra­zi­sindəki Ley­latəpə ene­olit dövrü (e.ə. IV mi­n­il­liyin birinci yarısı) yaşayış ye­rin­də apar­dı­ğı qazıntılar nəticə­sində Ley­la­təpə arxeoloji mə­də­niyyətini kəşf et­miş­dir.

İ.Nərimanovun müəyyən etdiyi ar­xeo­lo­ji mədəniyyətlər bütün Qafqaz­da qeyd edilən dövrlərə aid ilk elmi kəşflər idi. Yalnız onun bu kəşf­lərindən sonra Qaf­qazın qonşu öl­kə­lə­rin­də həmin mə­də­niy­yətlərə aid analoji abidələr aşkar edil­miş­dir.

İ.Nərimanov 100-dən artıq elmi mə­qa­lənin, 5 monoqrafiyanın müəlli­fidir. Onun rəhbərliyi altında 9 fəlsəfə doktoru, 2 elmlər doktoru hazırlan­mışdır.

AMEA-nın müxbir üzvü İdeal Nə­ri­ma­nov 2006-cı il noyabrın 24-də Bakıda vəfat etmişdir.

(1927-2006)