Orucov Əliheydər Əlabbas oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­­ya­sı­nın müxbir üzvü Əliheydər Əl­ab­bas oğlu Oru­cov 1905-ci il no­yab­rın 25-də Quba şəhə­rində ana­­dan ol­muş­dur. İlk təhsilini Qu­ba şə­hərində al­­mış, 1922-ci il­də Bakı şə­­hərinə gəl­­ərək burada əmək fəaliy­­yətinə baş­­la­mış­dır. O, 1923-1926-cı illərdə Azərbayc­an Döv­lət Universite­tinin Filolo­giya fakültə­sində təh­sil almış, hə­min dövrdə «Gənc İşçi» qəzetinin məsul ka­tibi, 1926-1931-ci il­lər­də Azər­bay­can Döv­lət Nəş­­­riy­yatının Gənc­lər ədə­biy­ya­tı şö­­bə­­sinin mü­di­ri vəzifələrində çalış­mış­dır.

1931-1933-cü illərdə Moskva şə­hə­­rində Re­­daksiya-Nəşriyyat İnstitu­tun­da təhsil almış və Bakıda müxtəlif re­daksiya və nəş­riy­yat­lar­da çalışmış­dır.

Ə.Orucov 1940-cı ildə ekstern ola­­raq Azər­baycan Dövlət Univer­si­te­ti­­nin Fi­lo­logiya fa­­kül­təsini bitirmişdir. O, 1940-cı ildən baş­la­ya­­raq Azər­bay­can Elmi Tədqiqat Lü­ğət­­çilik İnstitutunda kiçik elmi işçi vəzifəsinə qə­­bul olun­muş, 1942-ci ildə isə baş elmi işçi və­zi­fə­si­nə yüksəlmişdir. 1944-cü ildən baş­la­ya­raq otuz il­dən artıq Lü­ğətlər şöbəsinin mü­di­ri və­zi­fə­sin­də işləmişdir. O, bircildlik «Rus­ca-azər­bay­can­ca lüğət»in tərtibində yaxından iş­tirak etmişdir.

Ə.Orucov 1947-ci ildə «İlk Azər­bay­can qə­zeti «Əkinçi»nin dili» möv­­zusunda na­mi­­zəd­lik, 1962-ci ildə “Azər­baycan dilinin izahlı lü­ğə­tinin nə­zəri əsas­ları” möv­zusunda doktor­luq dissertasiyası mü­­da­fiə etmişdir. 1966-ci ildə pro­fes­­sor elmi adını almış, 1968-cil ildə Azərbaycan Elm­­­lər Aka­demiya­sı­nın müxbir üz­vü seçil­miş­­­dir. Eyni zamanda Azərbaycan Elmlər Aka­­­demi­ya­sı Rə­ya­sət He­yə­ti yanında Ter­mi­no­­lo­gi­ya Ko­mi­tə­si­nin sədr müa­vini vəzifə­sin­də çalışmışdır.

O, dörd­cildlik «Rusca-azər­bay­canca lü­ğət»in (1940-1946) əsas tərtib­çi­lə­rin­dən biri kimi 1948-ci il­də Dövlət Mükafatına layiq görül­müş­dür.

Alimin əsərləri arasında «Azər­bay­can di­­­li­nin izahlı lüğəti», «Azər­bay­can di­li­nin or­fo­­­qra­fiya lüğəti», «Azər­baycanca-rusca fra­zeo­loji lü­ğət» xüsusi yer tutur.

Görkəmli alim  müxtəlif vaxtlarda me­­dal­lar­­la, fəxri fərmanlarla, 1976-cı il­də isə «Şərəf nişanı» or­deni ilə təltif olun­muş­­dur.

Azərbaycan Milli Elmlər Aka­de­mi­­ya­sı­nın müxbir üzvü Əliheydər Oru­cov 27 oktyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.

 (1905-1987)