Qarayev Qara Əbülfəz oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sının həqiqi üzvü Qara Əbülfəz oğlu Qara­yev 1918-ci il fev­ralın 5-də Bakı şəhərində anadan ol­muşdur. O, Azərbay­ca­nı dünya­ya ta­­nıdan milli bəstəkarlıq mək­təbi­nin ən la­yiq­li nü­­­ma­yən­də­lə­rin­dən biridir.

Q.Qarayev 1935-ci ildə Azərbay­can Döv­­­­lət Konservatoriyasına daxil ol­muş, Azər­­­­bay­can xalq musiqi­si­nin əsas­la­rından Ü.Ha­­cı­bəy­­li­nin, bəstə­kar­lıq­dan isə L.Ru­dol­fun sin­fin­­də təhsil almışdır.

O, 1937-ci ildə Azərbaycan Bəs­tə­karlar İt­­ti­faqına üzv qəbul edilmiş­dir. 1946-cı ildə P.İ.Çay­­kovski adına Moskva Dövlət Konser­va­­toriyasında bəs­tə­karlıq üzrə D.Şostakoviçin sin­­fini bi­tir­mişdir.

1941-ci ildə M.Maqomayev adına Azər­bay­can Dövlət Filarmoniya­sının bədii rəhbəri, 1944-cü ildə Azərbaycan Bəstəkarlar İtti­fa­qı­nın idarə heyəti sədrinin müavini, 1948-ci il­də SSRİ Bəstəkarlar İttifaqı idarə heyəti­nin üz­vü seçilmişdir. 1949-cu ildə Azərbaycan Elm­lər Akademiyasının Memarlıq və İncə­sə­nət İns­ti­tu­tunun Musiqi bölməsinin rəhbəri, 1950-ci ildə Azərbaycan Dövlət Kon­ser­va­to­ri­ya­sının rek­toru, SSRİ Nazirlər So­veti ya­nın­da SSRİ Dövlət Mükafatları üzrə Ko­mi­tə­nin üzvü, 1953-cü ildə Azər­baycan Bəs­tə­kar­lar İttifaqı ida­rə heyətinin sədri, 1954-1982-ci illərdə SSRİ Lenin və Dövlət Mü­ka­fat­ları Komitəsinin üzvü, 1956-1973-cü illərdə Azər­bay­can Bəstəkarlar İtti­fa­qı­nın birinci katibi, 1957-ci ildə SSRİ Ki­ne­ma­toqraf İşçiləri İttifaqının üz­vü, 1962-ci ilə­dək SSRİ Bəstəkarlar İttifaqı ida­rə heyətinin üz­vü, 1955-1976-cı illərdə SSRİ Ali So­ve­ti­nin deputatı olmuşdur.

Görkəmli bəstəkar «Vətən» (1945) (Cöv­­dət Hacıyevlə birgə) və «Zərif­lik» (1972) adlı iki operanın, «Yeddi gözəl» (1952), «İldırımlı yol­­lar­la» (1958) balet­ləri­nin, «Azər­bay­can süitası» (1939), «Leyli və Məcnun» sim­fo­nik əsərlərinin (1968), «Alban rapsodiyası» (1952), “Klassik süita” (1966), skripka ilə orkestr üçün konsert (1970), vo­kal əsərlər, kinofilmlər və teatr ta­ma­şalarına mu­siqilər və başqa əsərlərin müəllifidir.

Q.Qarayev Azərbaycan Dövlət Kon­ser­­vatoriyasının professoru olmuş­dur. Azər­bay­­can musiqisinin tədqiqinə dair bir çox mə­qa­­lələr dərc etdirmiş­dir. 1946-cı ildə SSRİ Döv­­­lət Mükafatı, 1955-ci ildə Azərbaycanın Əmək­­­dar incəsənət xadimi, 1959-cu ildə Azər­­­bay­can SSR Xalq artisti adla­rını almış, Elm­­lər Aka­demiyasının həqiqi üzvü se­çil­miş­dir. Döv­lət mükafatı laureatı, Ümumittifaq so­vet film­lə­ri festivalının laureatı, 1965-ci ildə Mirzə Fə­təli Axun­­dov adı­na Respublika Mukafatı lau­rea­tı olmuş, 1967-ci ildə Le­nin mü­kafatı laureatı, 1978-ci ildə Sosialist Əməyi Qəh­­rəmanı  adını al­mışdır.

Akademik Qara Qarayev 1982-ci il mayın 13-də Mosk­­­va şəhərində vəfat etmişdir.

(1918-1982)