Tel. | (050) 3389852 | |
Faks | ||
Elektron poçtu | agadimov@mail.ru | |
Struktur bölmənin rəhbəri |
Qədimov Ələddin Həsən oğlu Biologiya üzrə fəlsəfə doktoru, dosent |
|
İşçilərin ümumi sayı | 20 | |
Əsas fəaliyyət istiqamətləri |
1.Kənd təsərrüfatı əhəmiyyətli yabanı halda bitən və mədəni bitkilərin istifadəsinin yaxşılaşdırılması məqsədi ilə stress şəraitlərdə, bitki sistemlərində adaptasiya prosesinin nəzəri və eksperimental əsaslarının işlənməsi. 2.Abiotik təsirlərə; a) təbiət (duzluluq, quraqlıq, yüksək temperatur, işıqlanma və s.) və b) texnogen (ağır metalların ionları, herbisitlər, ultra-bənövşəyi şüalanma, qazlar, sənaye tullantıları) faktorlara bitkilərin uyğunlaşmasının fizioloji və biokimyəvi mexanizmi. 3.Bitkilərin ekstremal şəraitlərə uyğunlaşmasında və yaşamasında stress zülallarının və antioksidant müdafiə sitemlərinin rolunun tədqiqi. Təbiət və texnogen mənşəli təsirlərə bitkilərin uyğunlaşmasında mikroorqanizm mənşəli fitohormonların rolu. Kross-uyğunlaşma. 4.Fotosintez. Fotosistemlərin zədələnmə və adaptasiya mexanizmləri. 5.Stress zədələnmə amillərinin (fotozədələnmə, yüksək temperatur, duzluluq, ağır metallar Al3+, Mn2+, Cd2+, Co2+, Ni2+, Zn2+, Cu2+) təsiri zamanı bitkilərin davamlılığının hüceyrə və molekulyar mexanizminin tədqiqi; 6.Bir sıra protektorların və stabilizatorların köməyi ilə xloroplastların membran sisteminin stabilizasiya və adaptasiya təbiətinin öyrənilməsi; 7.Membranlara həssas olan makrolakton birləşmələrin fiziki-kimyəvi xüsüsiyyətləri və tənzimedici mexanizminin tədqiqi. |
|
Əsas elmi nəticələri |
1.Çöl şəraitində becərilən bir sıra bitkilərin (sorqo, kinoya, qarğıdalı, amarant və s.) vegetasiyasının müxtəlif mərhələlərində morofoloji göstəriciləri ilə yanaşı bitkilərə xas mikobiotanın say və növ tərkibi müəyyən edilimişdir. Tədqiqatlarda həm gübrə verilən, həm də gübrə verilməyən bitkilərin rizosferindən və fillosferindən nümunələr götürülərək göstərilmişdir ki, gübrədən istifadə bitkilərin morfoloji göstəricilərində dəyişiklik etməklə yanaşı onların yerüstü və yeraltı orqanlarının mikobiotasının say və növ tərkibinin, həm də ekolo-trofiki ixtisalaşmasının dəyişilməsinə səbəb olur və bu dəyişiklik müsbət qiymətləndirilə bilər. 3.Duzların bitkilərin inkişafına təsiri tədqiq edilərək göstərilmişdir ki, mühitdə inək noxudunun (Vigna unguiculata (L) Walp) kütləsinin azalması müəyyən mənada bitkinin nitratla qidalanmasının zəifləməsi ilə əlaqədardır. Bu özünü bitkinin köklərində daha aydın biruzə verir və Trichoderma asperellum inək noxudu bitkisinin nitratreduktaza aktivliyinə duzlu mühitdə də müsbət təsir göstərərək fermenti xlorid duzlarının toksiki təsirindən mühafizə edir. Yəni Trichoderma asperellum bitkinin məhsuldarlığında mühüm rol oynaya bilər. Bu mikromisetin molibdenlə birgə təsirinin tədqiqində diqqəti cəlb edən əsas cəhətin molibden və trixodermanın bitkinin ilkin azot metabolizmi prosesini xlorid duzlarının toksiki təsirindən qorumaq funksiyasının daha effektiv olmasıdır. 4.Balqabaq bitkisində (Cucurbita pepo L.) fizioloji və biokimyəvi proseslərə (morfoloji, böyümə dəyişiklikləri və maddələr mübadiləsinin əsas proseslərində - azot və zülal mübadiləsində - toksikantlara məruz qalma müddətindən (7, 14, 21 gün) asılı olaraq) NaCl (100 mM) və molibdenin (20 ppm və ya 30 μM) kompleks və fərdi təsirləri tədqiq edilərək göstərilmişdir ki, stresslərin birləşmiş təsiri altında, balqabaq bitkisinin molibdenin artıqlığına uyğunlaşması zamanı orta duzluluğun qoruyucu təsiri müşahidə olunur. Adaptiv strategiyanın formalaşmasında mühüm rol azot mübadiləsində iştirak edən proteoliz sisteminə verilir. 5.Xloroplastlarda piqment fondunun vəziyyətinə Cu2+ ionunun təsiri 24, 48 və 72 saat ekspozisiyalarının bütün pH mühitlərində tədqiq edilmişdir. Protektor kimi adaçayı yarpaqları (Salvia officinalis folia ), şirin biyan kökü (Radix glycyrrhizae) və relikt bitki olan Danae racemosa yarpaqlarının istifadəsi müxtəlif ekspozisiyalarda daha yaxşı aktivliyə malik olmuşdur. Tədqiq olunan infraqırmızı spektrlərin nəticələri göstərdi ki, istifadə edilən ekstraktların tərkibinə daxil olan fenol birləşmələrdə məhz OH-qrupu ilə assosiasiya olunmuş aromatik (C-C) rabitələrin valent rəqsləri piqmentləri oksidləşdirici stresdən müdafiə edir. Tərkibində flavonoid olan adaçayı və şirin biyan kökü ekstraktları ilə müqayisədə əsası plümbagin olan bioloji aktiv kompozisiyalar (BAK), daha çox Na-askorbat oksigenin reaktiv formalarını neytrallaşdırır, fotosistem II-nin elektron nəqliyyat zəncirində oksidləşmə-reduksiya reaksiyaları arasında tarazlığın saxlanmasında mühüm rol oynayır. Xl a-nın msan GF-nın flüoressent xüsusiyyətləri göstərmişdir ki, FS II-nin MV ilə zədələnməsi Na-askorbat ilə bərpa olunur. ENZ-nin donor tərəfində elektronların əsas xinon akseptor QA ötürülməsi zamanı əsas yük ayrılması reaksiyası bərpa olunur. Göstərilmişdir ki, de novo D1 zülalının sintezinin pozulması FS II-nin reaksiya mərkəzini inaktivasiya edir və yeni mərkəzlərin sintezini zədələyir. Bu da flüoressent xassələrin dəyişkənliyinə gətirib çıxarır. PAAQ elektroforez metodu ilə müəyyən edilmişdir ki, metilviologenin və xloramfenikolun təsirindən asılı olaraq, zülal spektlərinin dəyişkənliyinə gətirib çıxarır. Göstərilmişdir ki, zülal zonaları arasında korrelyasyon dəyişikliklər və elekton nəqliyyat zəncirinin vəziyyəti Xl a-nın msan gecikmiş flüoressensiyasının stasionar fazasının artımı ilə baş verir. 6.Tədqiqat işlərinin aparılmasının əsas məqsədi quruluşca müəyyən olan kanalyaradıcı polien antibiotiklərdən (PA) istifadə edərək lipid membranlarında yaranan polien kanallarının yığılıb açılması və bağlanması mexanizmini öyrənməkdir. Bu məqsədlə antibiotiklərin müxtəlif törəmələrin iştirakı ilə ion kanallarının molekulyar dinamikası və fiziki-kimyəvi xüsusiyyətləri tədqiq edilmişdir. Bu istiqamətdə polien antibiotiklərin və onların törəmələrinin təsiri altında klonogen hüceyrələrdə proliferasiya prosesinin öyrənilməsi böyük rol oynayır. Onların sırasında levorin və metillevorin Hela və S6 hüceyrə kulturlarında bu prosesi dayandırdı. İlk dəfə olaraq levorin A və onun törəmələrinin klonogen şiş hüceyrələrinin proliferasiya prosesinin dayandırılması 70 % müşahidə olunmuşdur. Bu nəticənin tibbdə elmi-praktiki əhəmiyyəti vardır və yeni antikanserogen preparatlarının aşkar olunmasına gətirib çıxara bilər. Alınan nəticələr yeni çap işlərində öz əksini tapacaqlar. Bundan əlavə, hal-hazırda bir sıra bakterial və göbələk ştammlarında amfoterisin və levorinin (törəmələri ilə) təsiri müxtəlif hüceyrə kulturalarında öyrənilir. |