Tel. | (+994 12) 4548297 | |
Faks | (+994 12) 4540374 | |
Elektron poçtu | hesanova.minare@mail.ru | |
Struktur bölmənin rəhbəri | Minarə Yunis qızı Həsənova
Biologiya üzrə fəlsəfə doktoru, dosent |
|
İşçilərin ümumi sayı | 12 | |
Əsas fəaliyyət istiqamətləri |
|
|
Əsas elmi nəticələri |
Milli parklarının və Lahıc meşələrinin dendroflorasıtərəfimizdən elmi əsaslarla tədqiq edilmişdir. Hirkan Milli Parkının dendroflorası təhlil edilmişdir. 30 növ nadir ağac və kol bitkilərinin müxtəlif inkişaf fazalarında herbari nüsxələri toplanmışdır. Göy-göl Milli parkından 88 növdən çox ağac və kol bitkilərinin herbariləri və 38 növ toxum nümunələri yığılmışdır. Şahdağ Milli Parkının bitki örtüyünün tədqiqi zamanı 120 növdən çox ağac və kol bitkilərinin müxtəlif inkişaf fazalarında 220 herbari nüsxələri və 26 növ toxum nümunələri toplanmışdır. Lahıc meşələrindən 92 növdən çox ağac və kol bitkilərinin müxtəlif inkişaf fazalarında 110 herbari nüsxələri toplanmışdır. Beləliklə, 448 nüsxə herbari, 94 növ toxum toplanaraq laboratoriya şəraitində sistematik təhlil edilərək fonda əlavə edilmişdir. |