Tel. | (+994 12) 5393481 | |
Faks | (+994 12) 5372285 | |
Elektron poçtu | radiometry@gia.ab.az | |
Struktur bölmənin rəhbəri | AMEA-nın müxbir üzvü Əliyev Çingiz Səid oğlu | |
İşçilərin ümumi sayı | 15 | |
Əsas fəaliyyət istiqamətləri | - Süxurların, torpaqların, suların, havanın, dib çöküntülərinin və s. inteqral radioaktivliyinin və radionuklid tərkibinin tədqiqi.
- Müxtəlif litoloji stratiqrafik komplekslərdə fon radioaktivliyinin və radioaktiv elementlərin miqdarının təyin edilməsi və radiostratiqrafiya metodunun işlənilməsi. - Seysmik, geodinamik proseslər, neft-qazlılıqla bağlı radioaktiv sahələrin öyrənilməsi. - Tektonik pozulmaların aşkar olunması və izlənilməsi, onların müasir fəallığının qiymətləndirilməsi. - Palçıq vulkanlarının radioaktiv sahələrinin öyrənilməsi və monitorinq sisteminin yaradılması. - Müxtəlif ərazilərin radionuklid çirklənməsinin qiymətləndirilməsi və onların təbiətinin öyrənilməsi. - Azərbaycan ərazisində radonun həcmi aktivliyinin paylanmasının öyrənilməsi. |
|
Əsas elmi nəticələri | - Azərbaycanın depressiya zonalarının və Cənubi-Şərq Qafqazın mərkəzi hissəsinin təbii radioaktivlik xəritələri tərtib edilib(1:200 000).
- Azərbaycan ərazisinin təbii radioaktivlik model-xəritəsi tərtib edilib (1:1 000 000). - Mezokaynozoy kompleksi süxurlarının qamma şüalanmasının normal fonunun şkalası tərtib olunmuşdur. - Aktiv fəaliyyətdə olan tektonik strukturların ayrılması, karbohidrogen yataqlarının aşkar olunmasının elmi əsasları işlənilmişdir. - Seysmik, geodinamik proseslər, texnogen fəaliyyətlə bağlı radioaktiv sahələrin variasiyalarının qanunauyğunluqları müəyyən edilmişdir. - Sİ-1 ifrat dərin quyusunun kernləri əsasında radioaktivliyin dərinlik paylanmasının modeli tərtib olunmuşdur; radiogen istiliyin depressiya zonalarının ümumi istilik axınına verdiyi təsiri qiymətləndirilmişdir. - Şərqi Azərbaycanın çöküntü süxularının kəsilişində radioaktiv və geokimyəvi parametrlərin dəyişməsinin korrelyasiyası və dövri xarakteri müəyyən edilmişdir, Azərbaycanın orta yura maykop çöküntülərinin yüksək radioaktivliyinin təbiəti öyrənilmişdir. - Neft yataqları üzərində radioaktiv sahələrin formalaşma modeli tərtib edilmişdir. - Ölkənin müxtəlif regionlarında, iri şəhərlərdə və digər yaşayış məntəqələrində, habelə ayrı-ayrı binalarda radiasiya vəziyyətinə nəzarətin təşkil olunmasının elmi əsasları işlənilmişdir; - Abşeron yarımadasının təbii radioaktivliyinin 1:200 000 miqyaslı xəritəsi tərtib olunmuşdur (texnogen anomaliyalarla). - Bəzi neft-qaz çıxarılan strukturların radioaktivlik xəritələri və texnogen çirklənmələrin əraziləri aşkar edilmişdir; radionuklid çirklənmənin formalaşma mexanizmi göstərilmişdir. - Yeni elmi istiqamət olan tibbi geologiya üzrə tədqiqat işləri aparılır. - Azərbaycan ərazisi üçün radonun həcmi aktivliyinin paylanması xəritəsi” tərtib olunub, radonun anomal müəyyən edilib, radonun kadastrı yaradılıb. |