Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Geoloji mühitin radiometriyası şöbəsi

Geoloji mühitin radiometriyası şöbəsi
Tel. (+994 12) 5393481
Faks (+994 12) 5372285
Elektron poçtu radiometry@gia.ab.az
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü Əliyev Çingiz Səid oğlu
İşçilərin ümumi sayı 15
Əsas fəaliyyət istiqamətləri  - Süxurların, torpaqların, suların, havanın, dib çöküntülərinin və s. inteqral radioaktivliyinin və radionuklid tərkibinin tədqiqi.

- Müxtəlif litoloji stratiqrafik komplekslərdə fon radioaktivliyinin və radioaktiv elementlərin miqdarının təyin edilməsi və radiostratiqrafiya metodunun işlənilməsi.

- Seysmik, geodinamik proseslər, neft-qazlılıqla bağlı radioaktiv sahələrin öyrənilməsi.

- Tektonik pozulmaların aşkar olunması və izlənilməsi, onların müasir fəallığının qiymətləndirilməsi.

- Palçıq vulkanlarının radioaktiv sahələrinin öyrənilməsi və monitorinq sisteminin yaradılması.

- Müxtəlif ərazilərin radionuklid çirklənməsinin qiymətləndirilməsi və onların təbiətinin öyrənilməsi.

- Azərbaycan ərazisində radonun həcmi aktivliyinin paylanmasının öyrənilməsi.

Əsas elmi nəticələri - Azərbaycanın depressiya zonalarının və Cənubi-Şərq Qafqazın mərkəzi hissəsinin təbii radioaktivlik xəritələri tərtib edilib(1:200 000).

- Azərbaycan ərazisinin təbii radioaktivlik model-xəritəsi tərtib edilib (1:1 000 000).

- Mezokaynozoy kompleksi süxurlarının qamma şüalanmasının normal fonunun şkalası tərtib olunmuşdur.

- Aktiv fəaliyyətdə olan tektonik strukturların ayrılması, karbohidrogen yataqlarının aşkar olunmasının elmi əsasları işlənilmişdir.

- Seysmik, geodinamik proseslər, texnogen fəaliyyətlə bağlı radioaktiv sahələrin variasiyalarının qanunauyğunluqları müəyyən edilmişdir.

- Sİ-1 ifrat dərin quyusunun kernləri əsasında radioaktivliyin dərinlik paylanmasının modeli tərtib olunmuşdur; radiogen istiliyin depressiya zonalarının ümumi istilik axınına verdiyi təsiri qiymətləndirilmişdir.

- Şərqi Azərbaycanın çöküntü süxularının kəsilişində radioaktiv və geokimyəvi parametrlərin dəyişməsinin korrelyasiyası və dövri xarakteri müəyyən edilmişdir, Azərbaycanın orta yura maykop çöküntülərinin yüksək radioaktivliyinin təbiəti öyrənilmişdir.

- Neft yataqları üzərində radioaktiv sahələrin formalaşma modeli tərtib edilmişdir.

- Ölkənin müxtəlif regionlarında, iri şəhərlərdə və digər yaşayış məntəqələrində, habelə ayrı-ayrı binalarda radiasiya vəziyyətinə nəzarətin təşkil olunmasının elmi əsasları işlənilmişdir;

- Abşeron yarımadasının təbii radioaktivliyinin 1:200 000 miqyaslı xəritəsi tərtib olunmuşdur (texnogen anomaliyalarla).

- Bəzi neft-qaz çıxarılan strukturların radioaktivlik xəritələri və texnogen çirklənmələrin əraziləri aşkar edilmişdir; radionuklid çirklənmənin formalaşma mexanizmi göstərilmişdir.

- Yeni elmi istiqamət olan tibbi geologiya üzrə tədqiqat işləri aparılır.

- Azərbaycan ərazisi üçün radonun həcmi aktivliyinin paylanması xəritəsi” tərtib olunub, radonun anomal müəyyən edilib, radonun kadastrı yaradılıb.