Tel. |
(+994 12) 5381398 (130) (+994 50) 3372845 |
|
Faks | (+994 12) 5107442 | |
Elektron poçtu | laboratory_10@kqki.science.az | |
Struktur bölmənin rəhbəri |
Kimya elmləri doktoru, professor |
|
İşçilərin ümumi sayı | 43 | |
Əsas fəaliyyət istiqamətləri | Respublikanın filiz və qeyri-filiz mineral xammal ehtiyatlarının kompleks emal texnologiyasının elmi əsaslarının yaradılması. | |
Əsas elmi nəticələri |
Zəngin təbii ehtiyata malik Filizçay polimetal sulfid filizinin bir neçə variantda (selektiv konsentratlar almaqla, oksigen və kükürd qazı mühitində avtoklav həllolma, xlorlaşdırıcı qovma, aşağı və yüksək temperaturlu sulfatlaşdırıcı yanma və s.) işlənməsinin elmi əsasları və texnoloji sxemi işlənib hazırlanmışdır. Təklif olunan texnologiya bir sıra makroelement¬lərin (Fe, S, Cu, Zn, Pb) və qiymətli mikroele-mentlərin (Ga, İn, As, Ag, Cd) çıxarılmasını təmin edir. Əlvan metallurgiya və qaz səna-yesinin kükürd tərkibli zərərli qazlarından (SO2, H2S, CoS, CS2) metan və onun konversiya məhsulları ilə (CO+H2) termiki və katalitik üsulla reduksiya etməklə, ətraf mühitin mühafizəsini təmin edən qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanmış və RF–nin Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq olunmuşdur. İstilik elektrik stansiyalarında mazutun yandırılması zamanı alınmış kül qalığından qiymətli metal-vanadiumun (V2O5 şəklində) çıxarılması işlənib hazırlanmışdır. Metanı su buxarı və karbon qazı ilə konversiya etməklə sintez qazın alınması prosesi üçün effektiv metalseolit katalizatorları işlənib hazırlanmışdır. Respublika ərazisində zəngin təbii ehtiyatlara malik gil və dolomit süxurlarını emal etməklə müvafiq olaraq qiymətli məhsulların Al2O3, Al2(SO4)3, Na2SO4, K2SO4 (MgO, MgCl2, CaO, CaCl2) alınması pro-sesi işlənib hazırlanmışdır. Dəmir və vanadium tərkibli filiz konsen-tratlarının təbii qazla reduksiyasının qeyri-tarazlıq Gibbs enerjisinin komponentlərin parsial təzyiqindən asılılığının analitik 3D modeli işlənilmişdir ki, bu da reduksiya prosesinin başlanğıc temperaturunu 1000C azaldan təzyiq parametrinin qiymətlərini müəyyənləşdirməyə imkan verir. |