Tel. | (+994 12) 5370992 | |
Faks | (+994 12) 5372285 | |
Elektron poçtu | shekhbabayev@yandex.ru | |
Struktur bölmənin rəhbəri | Babayev Şeh Əli Əli İkram oğlu
geologiya-mineralogiya elmləri doktoru |
|
İşçilərin ümumi sayı | 26 | |
Əsas fəaliyyət istiqamətləri | İrimiqyaslı geoloji xəritələşdirmə üçün stratiqrafik əsasın hazırlanması, Azərbaycanın fanerozoyunun geoxronoloji və geoxronometrik cədvəllərin detallaşdırılması, nadir paleontoloji və stratiqrafik obyektlərin aşkar edilməsi və qorunması, üzvi aləmin təkamülünün öyrənilməsi, paleoekologiya və paleozoocoğrafiya taksonomiya məsələlərinin həlli üçün riyazi metodların tətbiqi. | |
Əsas elmi nəticələri | Azərbaycanın struktur-fasial zonaları üzrə fanerozoyun regional stratiqrafik sxemləri hazırlanmış, Azərbaycanın paleofaunasının arxi-stratiqrafik qrupları (ammonitlər, belemnitlər, foraminiferlər və b.), kaynozoyun başqa fauna və flora qrupları öyrənilmişdir. Azərbaycan paleontoloqlarının çoxillik tədqiqatlarının yekunu olan “Azərbaycanın təbaşir faunası” adlı unikal monoqrafik əsər yaradılmış, böyük faktiki materialı əsaslanan iki hissəli “Azərbaycanın stratiqrafiyası” çap olunmuşdur.
Azərbaycanın fanerozoyunun paleocoğrafi xəritələri (44 xəritə) atlası və Azərbaycanın IV dövr çöküntülərinin stratiqrafiyası Atlası tərtib edilmişdir. Azərbaycanın neftli-qazlı komplekslərinin stratiqrafik atlası tərtib olunmuş və nəşr edilmişdir. Paleontoloji və stratiqrafik tədqiqatlarda riyazi metodların tətbiqi geniş vüsət tapmışdır. Paleobiokimyəvi tədqiqatlar nəticəsində mühitin bionomik şəraiti dəqiqləşdirilmiş, Azərbaycanın təbaşir və kaynozoy hövzələrinin paleotemperaturları müəyyən edilmişdir. |