Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Cəfər Cabbarlının sənət idealları və müasir dövr" mövzusunda elmi sessiya keçiriləcək
24.04.2019 10:21
  • A-
  • A
  • A+

"Cəfər Cabbarlının sənət idealları və müasir dövr" mövzusunda elmi sessiya keçiriləcək

25 aprel 2019-cu il tarixində saat 15:00-da AMEA-nın Ədəbiyyat İnstitutunda Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, şair və nasir, teatrşünas, kinoşünas Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilən "Cəfər Cabbarlının sənət idealları və müasir dövr" mövzusunda elmi sessiya keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən baş tutacaq.

Elmi sessiyada Cəfər Cabbarlının sənəti, Azərbaycan teatrındakı rolu, yaradıcılığında dövrünün sosial-mədəni refleksləri, eləcə də yazıçının arxivindəki ədəbi məktublar mövzusunda məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., H.Cavid  pros., 115..

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: