Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da doktorantura və dissertanturaya sənəd qəbulunun gedişi  ilə bağlı vəziyyətin monitorinqinə həsr olunmuş iclas keçiriləcək
26.04.2024 17:15
  • A-
  • A
  • A+

AMEA-da doktorantura və dissertanturaya sənəd qəbulunun gedişi ilə bağlı vəziyyətin monitorinqinə həsr olunmuş iclas keçiriləcək

AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin təşkilatçılığı ilə 2024-cü il üçün AMEA-da doktorantura və dissertanturaya sənəd qəbulunun gedişi ilə bağlı vəziyyətin monitorinqinə həsr olunmuş iclas keçiriləcək.

Tədbirin 29 aprel 2024-cü il tarixində saat 11-00-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 4-cü mərtəbəsində, “Smart zal”da keçirilməsi nəzərdə tutulur.

Tədbirə AMEA elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri və təhsilə məsul şəxsləri dəvətlidir.

İclas Elm və Təhsil Nazirliyinin portal.edu.az platformasında fəaliyyət göstərən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə 2024-cü il üçün AMEA-da doktorantura və dissertanturaya elektron sənəd qəbulu ilə bağlı məsələlərin müzakirəsinə həsr olunur.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aidiyyəti məsul əməkdaşları iştirak edəcəklər.

AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: