Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Qalib Əfəndiyevin 80 yaşı tamam olub
12.05.2026 14:10
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qalib Əfəndiyevin 80 yaşı tamam olub

2026-cı ilin may ayında görkəmli elm xadimi, AMEA-nın müxbir üzvü Qa­lib Əfən­di­yevin anadan olmasının 80 yaşı tamam olub.

Əfən­di­yev Qa­lib Məm­məd oğ­lu 9 may 1946-cı il­də Ba­kı şə­hə­rin­də ana­dan ol­muş­dur. Azər­bay­can Neft və Kim­ya İns­ti­tutu­nun (indiki Azər­­bay­­can Dövlət Neft və Sənaye Universiteti) Neft-me­xa­ni­ka fa­kül­tə­si­ni neft və qaz mə­dən­lə­ri­nin ma­şın və ava­dan­lıq­la­rı ix­ti­sa­sı üz­rə bi­tir­miş­dir (1969).

O, 1985-ci il­də “Kəsici baltaların süxurların xassələrini nəzərə almaqla rasional seçilməsi yolu ilə işləmə effektivliyinin qaldırılması” mövzusunda na­mi­zə­dlik, 1997-ci il­də isə “Quyuların qazıma effektivliyinin qaldırılması və süxurların xassələrinin öyrənilməsi üçün geoloji-texnoloji informasiyanın kompleksli şəkildə istifadə olunmasının elmi əsasları” mövzusunda dok­to­rluq dissertasiyalarını müdafiə etmiş­, 2010-cu il­də pro­fes­sor el­mi adı­ al­mış, 2007-ci il­də AMEA-nın müx­bir üz­vü se­çil­mişdir.

Q.Əfən­di­yev 1970-1996-cı il­lər­də Azərbaycan ElmlərAkademiyası­nın Də­rin Neft və Qaz Ya­taq­la­rı Prob­lem­lə­ri İns­ti­tu­tun­da mü­hən­dis, bö­yük mü­hən­dis, ki­çik el­mi iş­çi, bö­yük el­mi iş­çi, Qaz­ma­da geo­lo­ji-tex­no­lo­ji proq­noz­laş­dır­ma sek­to­ru­nun rəh­bə­ri iş­lə­miş, 1996-cı il­dən Qu­yu­la­rın qa­zıl­ma­sı­nın geo­lo­ji şə­rai­ti şö­bə­si­nin rəh­bə­ri ol­muş­dur. 2003-cü il­dən 2016-cı ilə ki­mi AMEA-nın Geo­lo­gi­ya və Geo­fi­zi­ka İns­ti­tu­tun­da Qu­yu­la­rın qa­zıl­ma tex­no­lo­gi­ya­sı şö­bə­si­nin mü­di­ri və­zi­fə­sin­də iş­lə­miş­dir. 2016-cı il­dən ha­zır­kı vax­ta ki­mi AR Elm və Təhsil Nazirliyinin Neft və Qaz İns­ti­tu­tu­nun Müa­sir qaz­ma­nın nə­zə­ri və tət­bi­qi prob­lem­lə­ri şö­bə­si­nin rəh­bə­ri və­zi­fə­sin­də iş­lə­yir. Q.Əfən­di­yev Azər­bay­can Döv­lət Neft və Sə­na­ye, Qa­za­xıs­tan Res­pub­li­ka­sı­nın Ş.Ye­se­nov adı­na Kas­pi Döv­lət Tex­no­lo­gi­ya­lar və Mü­hən­dis­lik, Atı­rau Döv­lət Neft və Qaz Uni­ver­si­tet­lə­ri­nin  pro­fes­so­ru ki­mi el­mi və pe­da­qo­ji fəa­liy­yət gös­tə­rir.

Q.Əfən­di­yev neft və qaz qu­yu­la­rı­nın qa­zıl­ma­sı sa­hə­sin­də ta­nın­mış alim­dir.

Q.Əfən­di­ye­vin el­mi təd­qi­qat­lar sa­hə­si qu­yu­la­rın qa­zıl­ma­sı za­ma­nı op­ti­mal qə­rar­la­rın qə­bu­lu, qaz­ma pro­se­sin­də geo­lo­ji-tex­no­lo­ji və geo­fi­zi­ki təd­qi­qat­lar komp­lek­si əsa­sın­da geo­lo­ji kə­si­liş­lə­rin öy­rə­nil­mə­si, dağ sü­xur­la­rı­nın da­ğı­dıl­ma­sı pro­ses­lə­ri və sü­xur­da­ğı­dı­cı alə­tin işi, qu­yu­la­rın qa­zıl­ma­sı za­ma­nı müm­kün mü­rək­kəb­ləş­mə­lə­rin proq­noz­laş­dı­rıl­ma­sı və qar­şı­sı­nın alın­ma­sı (ano­mal yük­sək lay təz­yiq­lə­ri zo­na­la­rı­nın, udul­ma in­ter­val­la­rı­nın və s. proq­noz­laş­dı­rıl­ma­sı), neft ha­si­la­tı­nın in­ten­siv­ləş­di­ril­mə­si üz­rə müx­tə­lif geo­lo­ji-tex­ni­ki təd­bir­lə­rin mü­qa­yi­sə­li sə­mə­rə­li­li­yi­nin təh­li­li və qey­ri-mü­əy­yən­lik nə­zə­rə alın­maq­la qə­rar­la­rın qə­bul edil­mə­si­dir.

Q.Əfən­di­yev “ANAS Tran­sac­ti­ons Earth Sci­en­ces”, “Azər­bay­can Neft Tə­sər­­rüfa­tı” jur­nal­la­rı­nın re­dak­si­ya he­yət­lə­ri­nin, «Управ­ле­ние ка­чеством нефтегазового комплекса» jur­na­lı­nın (Mosk­va şəh., Russiya) re­dak­si­ya şu­ra­sı­nın, «Нефть и Газ» (Al­ma­tı şəh., Qazaxıstan), «Вестник Атырауского Университета Нефти и Газа», «Вестник ТарГУ имени М.Х.Дулати», «Природополь­зование и проблемы антропосферы» (Ta­raz şəh., Qazaxıstan), «Известия   ВУЗов «Нефть и Газ» (Tyumen şəh., Russiya), «Journal of Modern Industry and Manufacturing» (Honqkonq, Çin) jur­nal­la­rı­nın re­dak­si­ya he­yə­ti­nin üz­vü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən  Disertasiya  şurasının sədr müavinidir.

Q.Əfən­di­yev 250-dən ar­tıq el­mi əsə­rin mü­əl­li­fi­dir. İx­ti­ra və pa­tent­lə­rə gö­rə 6 mü­əl­lif­lik şə­ha­dət­na­mə­si və pa­tent­lər alıb. Alim kadr ha­zır­lı­ğı ilə də məş­ğul olur. Onun rəh­bər­li­yi və məs­lə­hət­çi­li­yi ilə 25 nə­fər fəl­sə­fə dok­to­ru və 1 nə­fər elm­lər dok­to­ru ha­zır­lan­mış­dır.

Q.Əfəndiyev AMEA-nın Rəyasət Heyətinin (2016), həmçinin Qazaxıstan Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin (2009) Fəxri fərmanları, Azərbaycan Respublikasının “Tərəqqi” medalı (2017), “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2025) ilə təltif olunmuşdur.

Q.Əfən­di­yev tə­bi­ət və cə­miy­yət ba­rə­də Bey­nəl­xalq Elm­lər Aka­de­mi­ya­sı­nın hə­qi­qi üz­vü, “Lüt­fi-Za­də­nin ir­si və sü­ni in­tel­lekt” As­so­sia­si­ya­sı­nın, elə­cə də Qaz­ma­çı­lar As­so­sia­si­ya­sı­nın üz­vü­dür. O, Atı­rau Neft və Qaz İns­ti­tu­tu­nun (Qa­za­xıs­tan) fəx­ri pro­fes­so­ru­dur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: