Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin 75 yaşı tamam olur
17.07.2026 11:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin 75 yaşı tamam olur

2026-cı il iyul ayının 17-də AMEA-nın müxbir üzvü, “Şöhrət” ordenli Rəşid Cəmil oğlu Cavanşirin 75 yaşı tamam olur.

Rə­şid Ca­van­şir 17 iyul 1951-ci il­də Ba­kı şə­hə­rin­də ana­dan ol­muş­dur. Azər­bay­can Neft və Kim­ya İns­ti­tu­tu­nu (indiki Azər­­bay­­can Dövlət Neft və Sənaye Universiteti) mü­hən­dis-geo­fi­zik ix­ti­sa­sı üz­rə fərq­lən­mə dip­lo­mu ilə bi­tir­miş­dir (1973).

O, 1978-ci il­də “AYTL-nin inkişaf etdiyi zonalarda kollektor və örtüklərin fiziki xassələrinin öyrənilməsi metodikası və proqnozlaşdırılması” mövzusunda na­mi­zə­dlik, 1988-ci il­də “Terrigen neftli-qazlı qatlarda lay təzyiqlərinin, süxurların kollektorluq və ekranlaşdırıcı xüsusiyyətlərinin nəzəri modeli və proqnozlaşdırma üsulları” mövzusunda dok­to­rluq dissertasiyaları müdafiə etmiş­, 1992-ci il­də isə pro­fes­sor el­mi adı­ al­mış, 2001-ci il­də Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın müx­bir üz­vü se­çil­miş­dir.

R.Ca­van­şir 1974-1995-ci il­lər­də Azər­bay­can Elm­lər Aka­de­mi­ya­sı­nın Də­rin Neft və Qaz Ya­taq­la­rı Prob­lem­lə­ri İns­ti­tu­tun­da baş mü­hən­dis­lik­dən ins­ti­tu­tun el­mi iş­lər üz­rə di­rek­tor müa­vin­li­yi­nə qə­dər yol keç­miş­dir. 1995-ci il­dən dün­ya­nın ən iri neft şir­kət­lə­rin­dən bi­ri olan BP-də ça­lış­mış­dır. İlk il­lər şir­kə­tin ax­ta­rış-kəş­fiy­yat iş­lə­ri üz­rə ko­or­di­na­to­ru və­zi­fə­sin­dən baş­la­ya­raq şir­kə­tin Hyus­ton (ABŞ), Lon­don, Aber­din və Ba­kı ofis­lə­rin­də müx­tə­lif rəh­bər və­zi­fə­lər­də iş­lə­miş, 2009-2011-ci il­lər­də BP Azər­bay­can şir­kə­ti­nin pre­zi­den­ti, 2011-2012-ci il­lər­də isə BP-nin Azər­bay­can, Gür­cüs­tan və Tür­ki­yə üz­rə Re­gio­nal pre­zi­den­ti ki­mi ça­lış­mış­dır. Bu və­zi­fə­lər­də o, BP Azər­bay­can şir­kə­ti­nə rəh­bər­lik edən ilk Azər­bay­can və­tən­da­şı ol­muş­dur. O, 2012-2015-ci il­lər­də Londonda BP-nin strategiya və inteqrasiya üz­rə  baş vitse-prezidenti rolunda ça­lış­mış­dır.

R.Ca­van­şi­rin neft-qaz geo­lo­gi­ya­sı və geo­fi­zi­ka­sı sa­hə­sin­də əl­də et­di­yi el­mi nai­liy­yət­lə­rə seys­mik kəş­fiy­yat, qu­yu­la­rın geo­fi­zi­ki təd­qi­qat­la­rı və qaz­ma­nın tex­no­lo­ji gös­tə­ri­ci­lə­ri­nə əsa­sən ge­of­lü­di­al təz­yiq­lə­rin proq­noz­laş­dı­rıl­ma­sı­nın və öy­rə­nil­mə­si­nin nə­zə­ri əsas və üsul­la­rı­nı in­ki­şaf et­dir­mə­si, çö­kün­tü­lə­rin nə­zə­ri sı­xıl­ma mo­del­lə­ri, sü­xur­la­rın kol­lek­tor, ek­ran­laş­dı­rı­cı və fi­zi­ki xas­sə­lə­ri ilə bağ­lı tək­lif et­di­yi ri­ya­zi mo­del­ləş­dir­mə üsul­la­rı, eli­zi­on sis­tem­lər­də flü­id­lə­rin re­gio­nal miq­ra­si­ya­sı­nı qiy­mət­lən­dir­mə­si, ye­rin də­rin qat­la­rı­nın gil mi­ne­ral­la­rı və ter­mo­ba­rik pa­ra­metr­lə­rin trans­for­ma­si­ya­sı­nın qar­şı­lıq­lı tə­sir me­xa­niz­mi­nin əsas­lan­dır­ma­sı, tək­lif et­di­yi çö­kün­tü­lü höv­zə­lər­də müt­tə­fiq qı­rı­şıq­la­rın me­xa­niz­mi, geo­lo­ji-geo­fi­zi­ki təd­qi­qat­la­ra əsa­sən komp­leks­li şə­kil­də proq­noz ver­di­yi bö­yük də­rin­lik­lər­də neft-qaz da­şı­yı­cı xas­sə­lər, geo­lo­ji-geo­fi­zi­ki mə­lu­mat və hid­ro­di­na­mik təd­qi­qat­la­ra əsa­sən kar­bo­hid­ro­gen ya­taq­la­rı­nın iş­lə­nil­mə pro­se­sin­də da­xi­li su bas­qı­lı re­ji­min tə­za­hür­lə­ri­ni qiy­mət­lən­dir­mə­si da­xil­dir. Azər­bay­ca­nın neft-qaz ya­taq­la­rın­da onun el­mi təd­qi­qat­la­rın­dan ge­niş şə­kil­də is­ti­fa­də edi­lmişdir.

R.Ca­van­şir 2020-ci il­dən in­di­yə­dək Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­yası və Oksford Universiteti arasında bağlanmış iri mü­qavilənin beynalxalq koordinatorudur.

R.Ca­van­şir 230-dan çox, o cüm­lə­dən xa­ric­də nəşr edil­miş 150-dan çox el­mi işin, 12 kəşf, 8 mo­noq­ra­fi­ya, 2 li­sen­zi­ya və 5 me­to­dik dərs­li­yin mü­əl­li­fi­dir. Ta­nın­mış bey­nəl­xalq jur­nal­lar­da onun əsər­lə­ri­nə geniş is­ti­nad olu­nur.

O, 2 elm­lər dok­to­ru və 6 fəl­sə­fə dok­to­ru ha­zır­la­mış­dır.

R.Ca­van­şir 1984-cü il­dən in­di­yə­dək Ame­ri­ka Geo­loq-Neft­çi­lər Cə­miy­yə­ti­nin üz­vü­dür. 2018-ci  il­dən in­di­yə­dək Ame­ri­ka Geo­fi­ziklər Cə­miy­yə­ti­nin üz­vü­dür. 1989-1995-ci il­lər­də “Energy So­ur­ces” (ABŞ) bey­nəl­xalq el­mi jur­na­lın re­gio­nal re­dak­to­ru, 1989-1996 və 2001-2004-cü il­lər­də “Jo­ur­nal of Pet­ro­le­um Sci­en­ce and En­gi­nee­ring” (Hol­­lan­di­ya) bey­nəl­xalq el­mi jur­na­lın re­dak­si­ya he­yə­ti­nin üz­vü ol­muş­dur.

R.Ca­van­şir aka­de­mik İ.M.Qub­kin adı­na mü­ka­fat (1985) al­mış, Azər­bay­can Res­pub­li­ka­sı­nın “Şöh­rət” or­de­ni (2011), AMEA-nın Rəyasət Heyətinin (2021) Fəxri fərmanı ilə  təl­tif olun­muş­dur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: