Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Görkəmli kimyaçı alim
05.03.2026 14:25
  • A-
  • A
  • A+

Görkəmli kimyaçı alim

2026-cı il mart ayının 4-də görkəmli kimyaçı alim, akademik Tofiq Murtuza oğlu Nağıyevin anadan olmasının 85 ili tamam olur.

Tofiq Nağıyev 4 mart 1941-ci ildə Bakıda anadan olmuşdur. 1964-cü ildə Azər­bay­can Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fa­kül­­tə­si­ni bi­tir­miş­dir. O, 1967-ci il­də kim­ya elm­lə­ri na­mi­zə­di və 1974-cü il­də kim­­ya elm­lə­ri dok­to­ru el­mi də­rə­cələri, 1976-cı il­də isə pro­fes­sor el­mi adı­ al­mış­­dır. 1989-cu il­də AMEA-nın müx­bir üz­vü, 2001-ci il­də isə hə­qi­qi üz­vü se­çil­miş­dir.

1969-cu ildən Azərbaycan SSR EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda la­bo­ra­to­ri­ya mü­di­ri iş­lə­miş, M.F.Na­ğı­yev adına Kataliz və Qeyri-üzvü Kimya (indiki Kimya)  İnstitutunda Ko­he­­rent sin­x­ron­laş­­dı­rıl­mış ok­sid­­ləş­mə re­ak­si­ya­la­rı şö­bə­si­nin mü­di­ri­dir. AMEA Rəyasət He­yə­tinin üz­vü (2007) və AMEA-nın vit­se-pre­zi­den­ti­dir (2013). AAK RH-nin üz­vü (2001-2020) olmuşdur. Azərbaycan Milli Ensiklopediyası Re­­dak­­si­ya He­yə­ti­nin mə­sul ka­ti­bi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin di­rek­to­ru­dur (2004).

Tofiq Nağıyev kim­yə­vi və bio­kim­yə­vi re­ak­si­ya­la­rın ko­he­rent sin­x­ron­laş­ma­sı­nın mak­ro­ki­ne­tik nə­zə­riy­yə­si­nin mü­əl­li­fi­dir. O, kim­yə­vi in­ter­fe­­ren­si­ya və de­ter­mi­nant tən­lik tə­yin et­miş­dir. Son il­lə­rin el­mi təd­qi­qat iş­lə­ri bio­mi­me­tik ka­ta­liz­lə bağ­lı­dır. Tək­lif et­di­yi ye­ni HO΄2  – ası­lı­lıq­lı ele­men­tar re­ak­­si­ya­lar onun fun­da­men­tal el­mi nai­liy­yət­lə­ri sı­ra­sın­da mü­hüm yer tu­tur: at­­mos­fer azo­tu­nun ok­sid­ləş­di­ri­ci fik­sa­si­ya­sı (“Na­ğı­yev ef­fek­ti”) qo­şul­muş de­hid­­ro­gen­ləş­mə, epok­sid­ləş­mə, hid­rok­sil­ləş­mə və me­ta­nın me­ta­no­la, for­mal­­de­­hi­də və hid­ro­gen­tər­kib­li qa­za ok­sid­ləş­mə­si re­ak­si­ya­la­rı­nın təd­qi­qi­nə im­kan ver­miş, nə­ti­cə­lər mü­tə­xəs­sis­lər tə­rə­fin­dən ta­nın­mış­dır. Kim­yə­vi və bio­kim­yə­vi sis­tem­lər­də kim­yə­vi ener­ji­nin top­lan­ma­sı prin­si­pi­nin öy­rə­nil­mə­si sa­hə­sin­də çox iş­lər gö­rül­müş, rəh­bər­li­yi ilə ye­ni ana­li­tik sis­tem­lər olan bio­mi­me­tik sen­­sor­lar ya­ra­dıl­mış­dır.

Onun rəh­bər­li­yi ilə 25 fəl­sə­fə dok­to­ru və 2 elm­lər dok­to­ru hazırlanmışdır.

Alim 600-dən ar­tıq el­mi əsə­rin, 54 pa­tent və mü­əl­lif­lik şə­ha­dət­na­­mə­­si­­nin, 6 mo­noq­ra­fi­ya­nın mü­əl­li­fi­dir. Əsər­lə­ri­nin ço­xu xa­ric­də çap olun­­muş, “Хи­мическое сопряжение” (“Наука”, 1989, Mosk­va), “Hid­­ro­gen pe­rok­sid­lə ko­­he­rent-sinx­ron­laş­mış ok­sid­ləş­mə re­ak­si­ya­la­rı” (“El­se­­vi­er”, Ams­ter­dam, 2007), “Conjugated reactions in chemistry and biology in the context of modern ideas”, “Generis” publishing (2021)  mo­no­q­ra­fi­­ya­la­rı, “Current   Perspective Chemical Science”, Malasiya (2021) kitabında “A dis­cus­sion on the Theory of  Conjugated Reactions in the Context of Modern ideas”, Chapter 4.  fəsli çap edil­miş­­dir.  

Tofiq Nağıyev Fran­sa Neft İns­ti­tu­tun­da təc­rü­bə keç­miş (1970-1971), B.Bri­ta­ni­ya­da (1974-1975), ABŞ-da (1987, 1990-1991) VCU-nun kim­­ya fa­kül­tə­sin­də dəvət olunmuş professor ki­mi, həm­çi­nin Pen­sil­va­ni­ya, Vis­­kon­­sin, Corc­­ta­un uni­ver­si­tet­lə­rin­də (1991) mə­ru­zə­lər­lə çı­xış et­miş, İs­veç­də (1989-1990) Lund Uni­ver­si­te­ti­nin Kim­ya Mər­kə­zin­də el­mi eza­miy­yət­lər­də ol­muş­dur. O, çox­say­lı bey­nəl­xalq konf­rans, sim­po­zi­um, konq­res və fo­rum­lar­da  də­fə­lər­lə mo­de­ra­tor ol­muş, ple­nar mə­ru­zə­lər­lə çı­xış et­miş­dir.

“AMEA-nın Mə­ru­zə­lə­ri”, “Azər­bay­can Kim­ya Jur­na­lı”nın, “Elm”–“Наука” qə­ze­ti­nin , REA SB-nin “Химия в интересах устой­чи­вого развития” jur­na­lı­nın re­dak­si­ya he­yə­ti­nin üz­vü­dür. “Большая Российская Энцикло­педия”da akad. Tofiq Na­ğı­yev haq­qın­da mə­­qa­lə dərc edil­­miş­dir. Onun rəh­bər­li­yi ilə 2004-2025-ci il­lər­də Azərbaycan Milli Ensiklopediyasının  xüsusi cil­di və çox­cild­li uni­ver­sal en­sik­lo­pe­di­ya­nın 11 cil­di nəşr edil­miş­dir.

O, “Rə­şa­dət­li əmə­yə gö­rə” me­da­lı , “Şöh­rət” or­de­ni  və “Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin 100 il­li­yi” me­da­lı  ilə təl­tif olun­muş, Döv­lət mü­ka­fa­tı lau­rea­tı­dır. “Şərəf“ or­de­ni, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Akademik Tofiq Nağıyevi 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: