Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın  müxbir  üzvü  Amin  İsmayılovun 75 yaşı tamam olur
15.03.2026 17:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Amin İsmayılovun 75 yaşı tamam olur

Aqrar elmlər sahəsində  tanınmış  alim, AR  ETN “Coğrafiya İnstitutu”  PHŞ-nin Geoməkan  analitikası  kartoqrafiya  laboratoriyasının baş  elmi  işçisi, aqrar elmlər doktoru, professor,  AMEA-nın  müxbir  üzvü  Amin  İsmayıl oğlu  İsmayılovun 75 yaşı tamam olmuşdur.

Amin İsmayılov 1951-ci ildə Kürdəmir rayonunda anadan  olmuşdur. O, 1972-ci  ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsini bitirərək, 1975-1978-ci illərdə  Azərbaycan  EA  Torpaqşünaslıq    Aqrokimya  İnstitutunun  əyani  aspiranturasında təhsil almış, 1981-ci ildə  namizədlik, 2003-cü ildə  doktorluq dissertasiyaları müdafiə etmişdir. 2011-ci ildə professor elmi adı almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Əmək fəaliyyətinə 1974-cü ildə Şirvanmeliosutikinti Trestində mühəndis kimi başlayan Amin  İsmayılov  1978-1997-ci  illərdə  Torpaqşünaslıq    Aqrokimya  İnstitutunda  böyük laborant,  kiçik  elmi  işçi,  böyük  elmi  işçi,  qrup  rəhbəri,  laboratoriya  rəhbəri, 1997-2009-cu illərdə  Dövlət  Torpaq    Xəritəçəkmə  Komitəsində  Dövlət  Torpaq  Kadastrı   Monitorinqi Elm-İstehsalat Mərkəzinin direktoru vəzifələrində  çalışmışdır. Alim 2004-cü ildən Azərbaycan Memarlıq   İnşaat Universitetinin Geomatika kafedrasının professoru kimi elmi-pedaqoji fəaliyyətini  davam etdirmiş, 2015-2025-ci  illərdə AMEA Torpaqşünaslıq  Aqrokimya İnstitutunda laboratoriya rəhbəri olmuşdur. Hazırda AR ETN “Coğrafiya İnstitutu” PHŞ-də baş elmi işçidir.

Amin  İsmayılovun  elmi  fəaliyyəti  respublikada  rəqəmsal  torpaq  xəritəçiliyinin  elmi əsaslarının  yaradılması,  aerokosmik  çəkiliş  materiallarından  istifadə  etməklə  Coğrafi İnformasiya  Sistemləri  (CİS)  mühitində  torpaq  örtüyünün  geoməkan  təhlili, torpaqların konseptual diaqnostik  modellərinin  hazırlanması,  torpaq-ekoloji  mühitin  geoinformasiya sistemləri  əsasında verilənlər  bazasının  yaradılması,  beynəlxalq  torpaq-coğrafi  məkana inteqrasiya problemləri üzrə məsələləri əhatə edir. O, Azərbaycan torpaqşünaslığında yeni və müasir elmi istiqamət olan torpaq  informatikasının    torpaq  tədqiqatlarında  CİS-dən istifadənin əsaslarını  işləyib  hazırlamışdır.  Alim  1985-1988-ci  illərdə  Suriya  Ərəb Respublikasında beynəlxalq torpaq tədqiqatları aparmışdır.

Amin  İsmayılov  2012-ci  ildə  Avropa  Torpaq  Verilənləri  Bazasının  Genişləndirmə proqramı  çərçivəsində  CİS  bazasında  1:1000000  miqyasında  Azərbaycanın  ilk  rəqəmsal torpaq xəritəsini hazırlamış, Kür-Araz ovalığı torpaqlarının rəqəmsal şorlaşma xəritəsini tərtib etmiş    rəqəmsal  yüksəklik  modelini  qurmuş,  2017-ci  ildə  BMT-nin  Qlobal  Torpaq Tərəfdaşlığı proqramı çərçivəsində FAO-nun çap etdirdiyi “Dünyanın ilk Torpaq Üzvi Karbonu xəritəsi”nin  tərkib  hissəsi  olan  "Azərbaycan  torpaqlarının  üzvi  karbon  ehtiyatları”  rəqəmsal xəritəsini hazırlamışdır.

Alim  2017-2022-ci  illərdə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali Attestasiya Komissiyasının Biologiya və  Aqrar elmlər üzrə  Ekspert şurasının sədri olmuşdur, 2023-cü ildən Komissiyanın Rəyasət Heyətinin üzvüdür.

AMEA-nın  müxbir  üzvü  Amin  İsmayılov  170-ə yaxın  elmi  əsərin,  o  cümlədən  5 monoqrafiya,  4  ali  məktəb dərsliyi,  kitablar   metodiki  tövsiyələrin,  beynəlxalq  patentin müəllifidir. Onun elmi rəhbərliyi ilə 2 fəlsəfə doktoru və 100-dən artıq magistr hazırlanmışdır.

Amin  İsmayılov,  həmçinin  ölkənin  ictimai  həyatında  da  fəal  iştirak  edir.  O,  Yeni Azərbaycan  Partiyasının  2021-ci  il  mart  ayının  5-də  keçirilmiş  VII  qurultayında  partiyanın İdarə  Heyətinin üzvü seçilmiş, 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunmuşdur.

AMEA-nın müxbir  üzvü Amin İsmayılovu şərəfli yubileyi münasibətilə təbrik edir, ona sağlamlıq, elmi fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: