Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

03.11.2026 11:09
  • A-
  • A
  • A+

Ruanda Respublikasının naziri Ədəbiyyat Muzeyini ziyarət edib

Ruanda Respublikasının naziri Ədəbiyyat Muzeyini ziyarət edib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda səfərdə olan Ruanda Respublikasının Gənclər və İncəsənət naziri Dr. Utumatvişima Jan Nepo Abdallah və birinci katibi Aleksis Humure Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.

Şöbə müdiri və bələdçi Tomiris Babanlı ilə muzeyin ekspozisiyasını gəzən ziyarətçilər Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri ilə tanış olub, ədəbiyyatımızı yaradan görkəmli ziyalılar haqqında məlumat əldə edib, zəngin poeziyamızdan nümunələri dinləyiblər. Muzeydə səmimi qarşılanmadan və ətraflı məlumatdan məmnun qalan qonaqlar bu mədəniyyət ocağından ayrılarkən “Təəssürat kitabı”na ürək sözlərini yazıblar:

“Ədəbiyyat Muzeyi çox gözəl və ətraflı tərtib olunmuşdur. Bələdçinin izahı və ekskursiyanı aparması çox yaxşıdır. Muzey bütün dünya üçün ilhamvericidir. Gözəl işinizi davam etdirin.

Ruanda Respublikasının Gənclər və İncəsənət naziri Dr. Utumatvisşima Jan Nepo Abdallah”.

Sonda qonaqlara muzeyin nəşrləri hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: