Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

06.11.2026 14:18
  • A-
  • A
  • A+

MEK-də “Azərbaycan Televiziyası və Radiosu Günü” sərgisi keçirilir

MEK-də “Azərbaycan Televiziyası və Radiosu Günü” sərgisi keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günü” adlı ənənəvi kitab sərgisi təşkil olunub.

Sərgidə Azərbaycan radio və televiziyasının təşəkkül və inkişaf tarixini əks etdirən, müasir Azərbaycan televiziya efirinin struktur xüsusiyyətləri, efir məkanında mövcud problemlər, radio və televiziyanın ədəbi dil normaları, fəaliyyət prinsipləri, mövcud reallıqları və gələcək perspektivləri kimi aktual məsələlərə həsr olunmuş Azərbaycan və xarici dillərdə ədəbiyyatlar təqdim edilir.

Onların sırasında “Azərbaycan radio və televiziyası inkişaf yollarında”, “Kütləvi informasiya vasitələrinin dili”, “Televiziya və radio tamaşaları”, “Ekran publisistikası”, “Media - Azərbaycan”, “Televiziya iki əsrin ayrıcında”, “Yeni media jurnalistikası”, “Televiziya haqqında etüdlər”, “Azad mətbuatın çərçivəsində”, “Kütləvi informasiya vasitələri demokratikləşmə prosesində”, “Ekran və efirdə ədəbi dil normaları”, “Azərbaycan radiosu ilk elmi araşdırmalarda”, “Azərbaycan efiri. Tarix və müasirlik”, “Jurnalist sənətkarlığı” və “Mediada debatlar” adlı dəyərli nəşrlər yer alır.

Sərgi iki həftə müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: