Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun müəllifi və aparıcısı olduğu “Axşam görüşləri” radio verilişinin yeni buraxılışı yayımlanıb.
Proqram bu dəfə dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin nakam ömür yaşamış və erkən həyatdan köçmüş oğlu Ərtoğrol Cavidə həsr edilib.
Proqramda akademik Rafael Hüseynov Ərtoğrol Cavidin dövrü, həyatı, mühiti, bədii yaradıcılığı, ədəbi və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Ərtoğrol Cavid yaradıcılıqda, istedadda atasının davamı idi. Bəlkə də o, yaşasaydı Hüseyn Caviddən daha üstün düha sahibi olacaqdı. Ancaq nə acı ki, zaman Azərbaycanı Ərtoğrolun yaza biləcəyi bir çox parlaq əsərlərdən məhrum etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.