Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.10.2026 17:50
  • A-
  • A
  • A+

AMEA-da “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” mövzusunda panel iclas keçirilib

AMEA-da “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” mövzusunda panel iclas keçirilib

Oktyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Akademik Forum öz işini “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” mövzusunda panel iclası ilə davam etdirib.

Paneli giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açıb.

Tədbir tarix elmləri doktoru Eynulla Mədətli və Britaniyalı tanınmış politoloq, jurnalist Neil Watsonun moderatorluğu ilə davam edib.

Panel iclasda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Sufi fenomenologiyası: mədəniyyətlərarası dialoqa yeni fəlsəfi baxış”, Türkiyənin Egey Universitetinin əməkdaşı Dr. Yılmaz Özkayanın “Türk Dünyası Modernleşmesinde Kültürlerarası Diyalog: Ceditçilik Tecrübesi (1883–1918)”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadənin “Şüur, süni intellekt və multikulturalizm”, AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyevin “Mədəniyyətlərarası dialoqda folklor: kollektiv yaddaşdan rəqəmsal körpülərə”, Albaniya Elmlər Akademiyasının Sosial Elmlər və Albanologiya Bölməsinin sədri akademik Gezim Hoxhanın “Humanitar elmlər vasitəsilə körpülərin qurulması: müxtəliflikdən anlaşmaya, əməkdaşlığa və davamlı sülhə doğru” mövzusunda məruzələri dinlənilib.

Bundan əlavə, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Turan Platforması mədəniyyətlərarası dialoq məkanı kimi”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə “Qloballaşan dünyada mədəniyyətlərarası dialoq kontekstində dilin qorunması” və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Dadaşova “Süni intellekt və epistemik ədalət: tarixi yaddaşın diversifikasiyası və mədəni hüquqlar” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: