Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə AMEA-nın gənc alimləri üçün müsabiqə elan olunur
09.09.2014 00:00
  • A-
  • A
  • A+

“Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə AMEA-nın gənc alimləri üçün müsabiqə elan olunur

AMEA prezidenti, akademik Akif Əlizadənin 8 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə “Əsrin müqaviləsi” böyük neft Sazişinin imzalanmasının 20-ci ildönümü münasibətilə neft-qaz və neft-kimya sahəsində fundamental və tətbiqi tədqiqatlarda fəal iştirak edən gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaq məqsədilə müsabiqə elan olunur.

Müsabiqədə AMEA-nın elmi müəssisələri tərəfindən irəli sürülən, yaşı 35-dək olan AMEA-nın gənc alimləri iştirak edə bilərlər. İştirak etmək istəyən gənc alimlər yerinə yetirdikləri elmi tədqiqatlar, əldə etdikləri mühüm elmi nailiyyətlər və onların elmi-praktiki əhəmiyyəti haqqında dolğun məlumatı müəyyən edilmiş formaya uyğun olaraq elektron variantı ilə birlikdə 2014-cü il sentyabrın 15-dək AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-təşkilat İdarəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyə dəstəyi ilə həyata keçirilir.

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 502

Tel.: 492-59-45; e-mail: eti@science.az, eti.amea@box.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: