www.science.az
03.10.2014 00:00

“Nüvə elmləri və onun tətbiqləri” VII Avrasiya konfransı keçiriləcək

Oktyabrın 21-də saat 09:00-da AMEA-nın Əsas binasında “Nüvə elmləri və onun tətbiqləri” VII Avrasiya konfransı öz işinə başlayacaq.

4 gün davam edəcək tədbirdə Azərbaycan alimləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislər məruzələrlə çıxış edəcəklər.

Konfransda nüvə fizikası və kimyası, radiasiya materialşünaslığı, texnologiyaları, ekologiyası, biologiyası və təhlükəsizliyi mövzusunda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Tədbirin sonunda növbəti “Nüvə elmləri və onun tətbiqləri” Avrasiya konfransının keçiriləcəyi ölkənin müəyyən olunması, nüvə elmləri və onun tətbiqləri ilə bağlı bir sıra məsələlər haqqında qərarlar qəbul ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.