Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçiriləcək
19.03.2015 00:00
  • A-
  • A
  • A+

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçiriləcək

AMEA-nın institut və təşkilatlarının internet xidmətləri ilə dünya elminə inteqrasiyasını təmin edən və elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm kompyuter şəbəkəsinin imkanlarından daha səmərəli istifadəni təmin etmək üçün 10 aprel 2015-ci il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçiriləcək.

Seminarda iştirak etmək üçün AMEA-nın institut və təşkilatlarının və ali təhsil müəssisələrinin informasiya texnologiyaları üzrə məsul şəxsləri dəvət olunurlar.

Seminarda iştirak etmək istəyənlərin qeydiyyatdan keçmələri xahiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: