www.science.az
13.10.2017 13:31

AMEA-da görkəmli bəstəkar Firəngiz Əlizadənin yaradıcılıq gecəsi keçiriləcək

Oktyabr ayının 19-da saat 10:00-da Mərkəzi Elmi Kitabxanada görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunan “Yaradıcılıq zirvələri” adlı tədbir keçiriləcək.

AMEA-nın Alimlər Evi, Humanitar  Elmlər və İctimai Elmlər bölmələrinin birgə dəstəyi  ilə baş tutacaq tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.

Gecədə “Müasir musiqi kontekstində Firəngiz Əlizadə yaradıcılığı”, “Firəngiz Əlizadə beynəlxalq festivalların və konsert layihələrinin bədii rəhbəri kimi”, “Firəngiz Əlizadənin yaradıcılığında etnospesifik konseptlərin təzahürünə dair (“Muğamsayağı” əsəri əsasında)” mövzularında məruzələr dinləniləcək, bəstəkarın əsərlərindən ibarət bir sıra kompozisiyalar səsləndiriləcək.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.