Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Şollerin arxivi” bədii filmi nümayiş olunacaq
13.07.2018 15:54
  • A-
  • A
  • A+

“Şollerin arxivi” bədii filmi nümayiş olunacaq

İyulun 19-da saat 12:00-da AMEA Mərkəzi Elmi Kitabxanasında “Şollerin arxivi” bədii filmi nümayiş olunacaq. 

Film “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” ölkə Prezidentinin 30 avqust 2016-cı il tarixli Sərəncamı əsasında çəkilib.

Triller janrında lentə alınan ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov, ikinci rejissoru tanınmış kinematoqrafçı Adil Qulamovdur. 

Filmdəki hadisələr ötən əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. 

“Şollerin  arxivi” bədii filmi Karlovi Vari və Kans film festivallarında nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: