Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Memarlıq və İncəsənət İnstitutunun fəlsəfə doktorları

Əliyeva Yeganə Akif qızı

Anadan olduğu yer

Azərbaycan, Quba şəh.

Təvəllüdü

24.08.1978

Bitirdiyi ali təhsil müəssisəsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Elmi dərəcəsi

kulturologiya üzrə fəlsəfə doktoru

Elmi rütbəsi

dosent

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

24.00.01

Mədəniyyət tarixi və nəzəriyyəsi

Azərbaycanda kulturoloji fikrin tarixi inkişaf mərhələləri

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

104

13

 

3

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı

 

Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

 

Əsas elmi nailiyyətləri

2007-ci ildə “Azərbaycan kulturoloji fikrinin tarixi inkişaf mərhələləri” adlı dissertasiya müdafiə edib. 2012-ci ildən elmlər doktoru proqramı üzrə “Şərq kulturoji fikri qlobal ideyalar dialoqunda” mövzusunda  dissertasiya  üzərində çalışır. 2013-cu ildə ADMİU-nun “Kulturologiya” kafedrası üzrə “Mədəni sahənin diplomatiyası” adlı dərs vəsaitini hazırlayaraq  dosent elmi adına layiq görülüb. Bir çox dərs vəsaiti, metodik vəsait, proqram,  elmi məqalə, publisistik məqalə, tezis (məruzə mətnləti)  müəllifi,  toplu və konfrans materillarının  redaktorudur.  İşlədiyi illər ərzində Respublika və Beynəlxalq elmi-nəzəri və elmi-praktiki  konfransların, dəyirmi masa və elmi seminarların, elmi sessiyaların, Respublika və Beynəlxalq konfransların məruzəçisi,  iştirakçısı və təşkilatçısı kimi elmi fəallıq göstərib. 2024-cü ildə “XXI əsr Azərbaycan intellektuallarının kulturoloji baxışlarında qlobal dialoq modeli” adlı məqaləsi (rus dilində) Web of Science Core Collection`s Emerging Sources Citation Index  elmi bazaya daxil olan «Вестник Томского государственного университета. Культурология и искусствоведение” jurnalının 53-cü sayında dərc edilib. Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda  PhD  təhsil sahəsində  təcrübə mübadiləsi məqsədilə işgüzar ezamiyyətdə olaraq “Orta əsr Şərq alim və mütəfəkkirlərinin tarixi irsində incəsənət və mədəniyyət məsələləri”  mövzusunda elmi konfransda məruzə ilə çıxış edib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  tərəfindən  təşkil olunan I və II Beynəlxalq Kulturoloqlar Forumunun məruzəçisidir.

Elmi əsərlərinin adları

•Beynəlxalq mədəni əlaqələr. Dərslik. Həmmüəllif. I cild.Bakı: Sabah, 2008, 660 s.

•Beynəlxalq mədəni əlaqələr. Dərslik. Həmmüəllif. II cild. Bakı: Sabah, 2009, 398 s.

•Mədəniyyət tarixi və nəzəriyyəsi. Dərslik. Həmmüəllif. Bakı: SABAH, 2010, 876 s.,

•Sosial kulturologiya. Dərslik. Həmmüəllif. Bakı: Sabah, 2010, 260 s.,

•Tarixi mədəniyyətlərin modelləşdirilməsi əsasları (rus dilində). Həmmüəllif:  Dadaşova S.//  Dərs vəsaiti. Bakı: Elm, 2005, 252 s.;

•Mədəni sahənin diplomatiyası. Dərs vəsaiti. Bakı: AzTU, 2013, 296 s.;

•Qloballaşma və dünya teatrı (və ya teatrla eskizlər). Həmmüəllif. Bakı: ADMİU, 2020, 153 s. https://ebooks.az/book_jQmp5ovO.html

•Magistrlik dissertasiyaların  yerinə yetirilməsi, elmi-pedaqoji və elmi-tədqiqat  təcrübələrinin   təşkil  edilməsi. Həmmüəllif. Metodik  vəsait. Bakı: ADMİU, 2014, 123 s.

•Нейрофилософия глобальной транскультурной мысли:  «Океаническая модель цивилизации» Найеф Аль-Родхана // Журнал «Вестник» Казанского Государственного Университета Культуры и Искусства (ВАК Российской Федерации, РИНЦ, elibrary), 2021, s.64-70;  https://www.elibrary.ru/item.asp?id=47608880

•Оксидентализм в культурологических воззрениях Хасана Ханафи или Наука «Изучения Запада не-западным миром» // Colloquium-journal. Выпуск № 24 (111) Index Copernicus, Poland, Warszawa, 2021, s. 13-17 https://www.elibrary.ru/item.asp?id=47396257

•Модель глобального диалога в культурологических воззрениях азербайджанских интеллектуалов XXI века //   Вестник Томского Государственного Университета. Культурология и Искусствоведение. Web of Science Core Collection`s Emerging Sources Citation Index. 2024. № 53. C.5-22.doi:10.17223/22220836/53/1    və sair.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 

-“Mirzə İbrahimov İrsinin Tədqiqi və Təbliği” Fondunun Elmi şurasının katibi;

- “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü;

- Rusiya Təbiət Elmləri Akademiyasının İntellektuallar Liqası – Beynəlxalq intellektual  əməkdaşlıq  komitəsinin üzvü;

Pedaqoji fəaliyyəti

-Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” kafedrasının dosenti;

-Bakı Xoreoqrafiya Akademiyası “Sənətşünaslıq ” kafedrasının dosenti;

Digər fəaliyyəti 

-“Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun Elmi katibi;

-"Musiqi dünyası" beynəlxalq elmi jurnalın baş redaktorunun müavini;

-“Sənət Akademiyası” beynəlxalq elmi-nəzəri jurnalının məsul katibi.

Təltif və mükafatları

Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi (döş nişanı, 2014, Azərbaycan Respublikası Təhsil Nazirliyi);

Milli və beynəlxalq səviyyədə yüksək ruhi mədəniyyətin inkişafına xidmətinə və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının yaradıcı fəaliyyətinə görə göstərdiyi dəstəyə görə Beynəlxalq Medal (2023, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası);

Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Böyüməkdə olan gənc nəslin sağlam, vətənpərvər ruhda tərbiyə olunmasında fəaliyyətinə və 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə  diplom (2005);

ADA Universitetində “Sabah” Qrupları  müəllimləri üçün keçirilən “Qış Akademiyası”  çərçivəsində modul əsaslı 3  təlimdə (Təcrübəyə əsaslanan  tədris, Tətbiqi  tədqiqatlar, Akademik yazı üslubu: elmi  məqalələrin yazılma  normaları) uğurla iştirak etdiyinə görə Sertifikat (2017);

Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əli Rza oğlu Əliyevin anadan olmasının 75 illiyinə həsr olunmuş “Azərbaycan tarixi”nin gənc  tədqiqatçılarının Asiya Müsəlmanları Komitəsinin təsis etdiyi mükafatlarının müsabiqəsində  yaradıcılığı ilə fərqlənən referatına görə  Azərbaycanşünasların Müstəqil Birliyinin  Fəxri Fərmanı (1998);

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Azərbaycanın gələcək intellektual və sosial-mədəni inkişafına xidmət etdiyinə görə Təşəkkür Fərmanı (2000) və sair.

Əsas iş yeri və ünvanı

AMEA, Memarlıq və İncəsənət İnstitutu

Vəzifəsi

Aparıcı elmi işçi

Xidməti tel.

 

Mobil tel.

+994552210844

Ev tel.

 

Faks

 

Elektron poçtu

eqana-aliyeva@yandex.ru