Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Fəlsəfə və Sosiologiya İnstitutunun fəlsəfə doktorları

Şəkixanova Mətanət Məmməd qızı

 

Veb-sayt     
Anadan olduğu yer Qəbələ şəhəri 
Təvəllüdü 16.10.1963 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Memarlıq və İnşaat Universiteti 
Elmi dərəcəsi Fəlsəfə üzrə fəlsəfə doktoru 
Elmi rütbəsi Dosent 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad

Təriqət fəlsəfəsi


09.00.03

Fəlsəfə tarixi

Islamın təriqət fəlsəfəsi (sufizm)
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

60


Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  

Kadr hazırlığı:     

-         fəlsəfədoktorlarının sayı

 
Əsas elmi nailiyyətləri

2006-cı ildə müdafiə etdiyim dissertasiya işindən aldığım nəticələr  konkret olaraq işin nəticə hissəsində açıqlanmışdır. Dissertasiya işinin mövzusu isə AМЕA-nın Fəlsəfə və Siyasi-Hüquqi tədqiqatlar İnstitutunun “Elmi Şurasının” mart 2007-ci il tarixli iclasının 2 saylı protokoluna əsasən çap olunmuşdur.

Yalnız bu tədqiqat işimin deyil həm də son (təxminən 10 illik bir müddətin) tədqiqatlarımın nəticələri Bakı Qızlar Universitetinin təqdimatı ilə mətbəədə çapa yığılmışdır. Cəmi tədqiqatlarımdan əldə etdiyim nəticələr ali məktəb auditoriyalarında oxuduğum mühazirələrdə, tərtib  etdiyim dərs proqramlarında, çapdan çıxan əsərlərimdə və  müxtəlif  ictimai auditoriyalarda etdiyim çıxışlarımda öz əksini tapmışdır. 
Elmi əsərlərinin adları

1. Sufizm fəlsəfəsinin “Kamil İnsan” konsepsiyası, Bakı, Təknur, 2007. 178 səh.

2. XIX əsrin dünya fəlsəfi fikr tarixində xarakterik xüsusiyyətləri və bu əsrdə yaşamış azərbaycanlı nəqşıbəndi şeyxi Mir Həmzə Nigari. (I Beynəlxalq Mir Həmzə Nigari konfransı), Türkiyə, Amasya, 2012.

3.Türkçülük mücadiləsini formalaşdıran zamana və Mehmet Akif şəxsiyyətinə əsrimizdən  yenidən dini-fəlsəfi bir baxış. Türk dünyasını işıqlandıranlar. M.Akif Ersoy və H. Cavid. Beynəlxalq konfransın materialları, Bakı, 2013.

4.Türkçülük hərəkatının görkəmli nümayəndəsi Musa Cərulla Bigiyevin dini-fəlsəfi görüşlərinə dair. (İlahiyyatçı modernistin “İslamın Əlifbası” və “Türkiyə Böyük Millət Məclisinə müraciət” əsərlərinin əsasında) Bakı, Тəknur. 2012...

5. Son 10 ilə yaxın müddət ərzində mən maarifçilərin, sufizm fəlsəfəsi üzərində öz azadfikirlilik fəlsəfələrini quran cədidçilərin dini-fəlsəfi irsini araşdırmaqla məşğul oluram. Bu dini-fəlsəfi düşüncəyə malik olan türk dünyası filosoflarının (tatarların, Türkiyə türklərinin, azərbaycanlıların) yaradıcılığına və fəaliyyətinə həsr olunmuş 20-yə yaxın məqaləm dərc olunmuşdur. Bu məqalələr ilk reformatorumuz Abbasqulu ağa Bakıxanovun, tatarların ilk cədidçisi Əbu-n-Nəsr Kürsəvinin, türklərin istiqlal marşı şairi Mehmet Akifin, vətən, millət sevgisini aşılayan Namik Kamalın, türklərin ilk fundamental sosioloqu Ziya Göyalpın yaradıcılığına həsr olunan həcmli yazılardır. Bu yazılar mənim “Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” adlı ikinci kitabımın əsasını təşkil edərək çapa imzalanmışdır.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  “Miras” mədəni irsin qorunmasına kömək ictimai birliyi”-nin, Xəzər Unversitetində fəaliyyət göstərən “Elm və Sənət” məclisinin üzvü, “Bilik fondunun mühazirəçilərindən biri. AMEA Fəlsəfə İnstitutunun qadınlar şurasının üzvüyəm.
Pedaqoji fəaliyyəti

Nizami rayon “Gənc texniklər dərnəyi”ndə dərnək rəhbəri (1992-1996), Moskva Dövlət Universitetinin  Bakıdakı  “Müasir Humanitar Universiteti” adlı filialında  fəlsəfi fənləri tədris edən müəllimə (1996-2000), Bakı Qızlar Universitetində (2003- 2010-cu illər), Tusi adına Azərbaycan Pedaqoji Universitetində müəllimə (2006-2007, 2008-2009, 2014-15, 2015-16  azərbaycan və rus bölmələrində) və Bakı Dölət  Universitetində (2012-2013 “sosial elmlər fakultəsinin” maqistraturasının rus bölməsində) müəllimə.  Hazırda Bakı Qızlar Universitetinin dosenti. 

Digər fəaliyyəti  Azərbaycan  dövlət  televiziyasının  (AzTV, İTV, Mədəniyyət TV, ANS TV) və   radiosunun efirindən müxtəlif  mövzularda tez-tez (50 dən artıq verlişdə) ekspert kimi dəvət olunmuş, cəmiyyəti narahat edən problemlərə dair çıxışlar  etmişəm. 1918-ci ildən AMEA-nın Qadın komitəsinin Fəlsəfə İnstitutundakı bölməsinin üzvüyəm. Hazırda AyTV-nin nəzdində fəaliyyət göstərən “Sizə xanımlıq yaraşır”  və Xəzər TV-nin nəzdində  “Səni axtarıram” verlişlərinin  rəsmi ekspertiyəm.  
Təltif və mükafatları 1.1983-cü ildə “Şərq fəlsəfəsində hissi və məntiqi idrakın vəhdəti” mövzusunda  yazdığım kiçik həcmli tədqiqat işinə  görə tələbələrin ÜLKGİ-nin I dərəcəli diplomu ilə təltif olunmuşam. 

2.1984-cü ildə   “Azərbaycanda kürəbənd sisteminin naliyyətləri” mövzusunda yazdığım avtoreferata  görə yenə ÜLKGİ –nin birinci dərəcəli diplomu və pul mükafatı ilə təltif olunmuşam (AzMİU-də)

3.2013-cü ildə “Əsrin ziyalıları”  xeyriyyə cəmiyyəti həmin ildə YUNESKO, Fəlsəfə və Hüquq İnstitutu eləcə də Mədəniyyət nazirliyinin birgə layihəsi olan “Xəlvətiyyənin II piri Seyyid Yəhya Bakuvinin 550-illiyi”nə həsr olunmuş tədbirlərdə yaxından iştirakıma və layihənin məzmununu layiqincə işıqlandırdığıma görə məni “ilin ən yaxşı vətənpərvəri” mükafatı ilə təltif etmişdir.

4. 2019 ilin başlanğıcında “Əsrin ziyalıları” cəmiyyəti pedaqoji fəaliyyətimin 25, elmi fəaliyyətimin 20 ilinin tamam olması münasibəti ilə, həmçinin  Respublikanın   qəzet, jurnal və TV kanallarındakı  fəaliyyətimi dəyərləndirərək. “İlin zəhmətkeş ziyalısı” adı ilə təltif etmişdir.

5. İştirak etdiyim Beynəlxalq və Respublika əhəmiyyətli konfransların  çoxlu sayda sertifikatları ilə mükafatlandırılmışam.   
Əsas iş yeri və ünvanı AMEA Fəlsəfə İnstitutuAZ1073, Bakı ş., H.Cavid pr., 115 
Vəzifəsi Böyük elmi işçi 
Xidməti tel. (+994 12) 5380314 
Mobil tel. (+994 55) 7196965 
Ev tel. (+994 12) 4934826 
Faks  
Elektron poçtu metanet.shekihanova@mail.ru