Veb-sayt | ||
Anadan olduğu yer | Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri. | |
Təvəllüdü | 21 iyul 1959-cu il. | |
Bitirdiyi ali təhsil müəssisəsi | Azərbaycan Dövlət İncəsənət İnstitutu - indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti (1981-ci il). | |
Elmi dərəcəsi | sənətşünaslıq üzrə fəlsəfə doktoru. | |
Elmi rütbəsi | ||
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun ad |
6212.01 teatr sənəti Naxçıvan Teatrında tərcümə əsərlərinin səhnə təcəssümü |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı
- xaricdə çıxmış elmi əsərlərinin sayı - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı |
30
3
14 |
|
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | ||
Kadr hazırlığı:
- fəlsəfədoktorlarının sayı |
||
Əsas elmi nailiyyətləri | Naxçıvan Teatrının 1986-cı ildə təhrif olunmuş yaranma tarixi (avqust 1886-cı il) ilə bağlı əsaslı araşdırmalar aparmaqla tutarlı faktlar və sənədlər əsasında əsl yaranma tarixini (mart 1883-cü il) elmi şəkildə bərpa edərək onun dövlət səviyyəsində dəstəklənməsinə nail olunması (mart 2006-cı il).Nəticə: “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamı. | |
Elmi əsərlərinin adları |
1. Milli teatrımızın doğuluş günü, yaxud Naxçıvan Teatrının neçə yaşı var?! “Qobustan” № 2, 2007. ss. 62-66.
2. “Ölülər”in ilk səhnə həyatı, yaxud məşhur tragikomediya birinci dəfə nə vaxt və harada tamaşaya qoyulmuşdur?! AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i, № 3, 2007, ss. 270- 278. 3. “Gürcü dramaturgiyası Naxçıvan Teatrında”, “Qobustan”, № 3, 2009. ss. 61-65. 4. «Dünya dramaturgiyası Azərbaycan səhnəsində”. «İrs» - «Наследие», № 4, 2009, (Beynəlxalq Azərbaycan jurnalı, Moskva). ss. 48-56. 5. “Naxçıvan Teatrı 1918-1920-ci illərdə”. “Yol”, № 30,2009, (Elmi-mədəni-tədqiqat jurnalı, Ankara). ss. 274-279. 6. Nazim Hikmətin əsərləri Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i, № 1, 2010, ss. 142-145. 7. Naxçıvan Teatrının banisi. “Qobustan”, № 4, 2011, ss. 82-86. 8. Naxçıvanda şəhərsalma mədəniyyətinin ümümmilli mədəniyyətin tərəqqisinə təsiri. “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”(20-24 iyul 2011-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları), Naxçıvan, “Əcəmi” NPB, 2012, ss. 317-324. 9. Heydər Əliyev və Naxçıvan teatrları. AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i, xüsusi buraxılış, 2013, ss. 291-297. 10. Cəlil Məmmədquluzadə adına Naxçıvan DövlətMusiqili Dram Teatrının tərəqqisində yerli müəlliflərin rolu (1964-1990-cı illər). AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i, № 1, 2014, ss. 251-261. 11. Tarixi şəxsiyyətlərə həsr olunmuş əsərlərin Naxçıvan Teatrında səhnə təcəssümü. “Naxçıvan Teatrı – məqalələr, xatirələr”, Naxçıvan, “Əcəmi” NPB, 2014, ss. 152-162. |
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü | ||
Pedaqoji fəaliyyəti | 1988-89-cu tədris ilində Naxçıvan Orta İxtisas Musiqi Məktəbinin (indiki Musiqi Kolleci) xanəndəlik şöbəsində aktyor sənəti müəllimi;2012-ci ildən Naxçıvan Dövlət Universitetinin teatr və mədəniyyətşünaslıq kafedrasında səhnə danışığı müəllimi. | |
Digər fəaliyyəti | 1981-2008-ci illərdə:
Naxçıvan MSSR Mədəniyyət Nazirliyində baş inspektor; Həmin nazirliyin Elmi-Metodiki Mərkəzində direktor müavini və eyni zamanda Naxçıvan Dövlət Teleradiosunun diktoru; Naxçıvan Dövlət Kukla Teatrında bədii rəhbər – direktor; 1996-cı ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun dissertantı; Naxçıvan MR Nazirlər Kabinetində mədəniyyət, təhsil, səhiyyə və sosial məsələlər şöbəsi müdirinin müavini; “Kanal 35” Televiziyasında dublyaj rejissoru və eyni zamanda “Bakinski raboçi” qəzetinin bölgə müxbiri. 2000-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrı Bədii Şurasının üzvü. Burada hazırlanan M. Quliyevin “Qarğanın iflası” tamaşasının quruluşçu rejissoru (1998), Ç. Aytmatovun “Manqurt” (2013) və H. İbsenin “Kuklalar evi” (2014) tamaşalarının elmi məsləhətçisi; “Naxçıvan Teatrı – məqalələr, xatirələr” (Naxçıvan, “Əcəmi” NPB, 2014, 296 s.) kitabının elmi redaktoru. Hazırda: elmlər doktoru hazırlığı üzrə AMEA Naxçıvan Bölməsinin doktorantı və eyni zamanda “Respublika” qəzetinin bölgə müxbiri. Yeni Azərbaycan Partiyasının, həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının və Jurnalistlər Birliyinin üzvü. |
|
Təltif və mükafatları | ||
Əsas iş yeri və ünvanı | AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu. Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 76. | |
Vəzifəsi | Teatr və musiqi şöbəsinin böyük elmi işçisi. | |
Xidməti tel. | (+994 36) 5445497 | |
Mobil tel. | (+994 50) 7294499; (+994 55) 2594499. | |
Ev tel. | (+994 36) 5504499 | |
Faks | (+994 36) 5504499 | |
Elektron poçtu | elekberqasimov@mail.ru |