| Anadan olduğu yer | Naxçıvan MR, Naxçıvan ş. | ![]() |
| Təvəllüdü | 17.02.1960 | |
| Bitirdiyi ali təhsil müəssisəsi | Naxçıvan Dövlət Pedoqoji İnstitutu (indiki Naxçıvan Dövlət Universiteti) | |
| Elmi dərəcəsi | Filologiya elmləri doktoru | |
| Elmi rütbəsi | Dosent | |
| Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
5716. 01 Azərbaycan ədəbiyyatı Hüseyn Cavid və Şərq |
|
| Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
5716. 01
“Hüsеyn Cаvidin ədəbi məfkurəsi və sənəti dövrünün ədəbi, mədəni, ictimai mühiti kontekstində”
|
|
| Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı
- xaricdə çıxmış elmi əsərlərinin sayı - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı |
250
80 9 |
|
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | ||
| Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı |
2
|
|
| Əsas elmi nailiyyətləri |
Elmi fəaliyyətinin əsas istiqaməti Azərbaycan romantizminin banisi, filosof şair-dramaturq Hüseyn Cavid yaradıcılığının tədqiqidir. Onun 2005-ci ildə müdafiə etdiyi “Hüseyn Cavid və Şərq” mövzusunda dissertasiya işi Azərbaycan cavidşünaslığında yeni istiqamətin əsasını qoymuşdur. Bu tədqiqatda Hüseyn Cavid yaradıcılığının Şərq mədəniyyəti ilə əlaqələri sistemli şəkildə araşdırılmış, şairin poeziyasında və dramaturgiyasında Şərq mövzusunun bədii təcəssümü elmi əsaslarla təhlil edilmişdir. Doktorluq dissertasiyası, “Hüseyn Cavidin ədəbi məfkurəsi və sənəti dövrünün ədəbi, mədəni, ictimai mühiti kontekstində” adlı fundamental tədqiqatı Hüseyn Cavid yaradıcılığının dövrün ictimai-mədəni mühiti ilə vəhdətdə öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əsərdə Hüseyn Cavidin mühiti, müasirləri, ideya dünyası və yaradıcılıq prinsipləri yeni arxiv sənədləri və dövrü mətbuat materialları əsasında araşdırılmışdır. Alim bu tədqiqatı ilə Azərbaycan ədəbiyyatşünaslığında sənətkar və mühit probleminin öyrənilməsinə mühüm töhfə vermişdir. Hüseyn Cavid və Şərq”, “Hüseyn Cavid: mühiti və müasirləri”, “Əmir Teymur: tarixdə və ədəbiyyatda”, “Əhməd Triniç”, “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” və “Şeyx Məhəmməd Rasizadə” adlı monoqrafiyaları Azərbaycan ədəbiyyatşünaslığının sanballı elmi nailiyyətləri kimi qiymətləndirilir. “Hüseyn Cavid və Şərq” monoqrafiyasında alim böyük sənətkarın poeziyasında və dramaturgiyasında Şərq dünyasının bədii təcəssümünü sistemli şəkildə araşdırmış, Hüseyn Cavid yaradıcılığında Şərq fəlsəfəsinin, mifologiyasının və mədəniyyətinin rolunu aydın şəkildə ortaya qoymuşdur. “Hüseyn Cavid: mühiti və müasirləri” monoqrafiyasında şair-dramaturqun yaradıcılığını onun yaşadığı dövrün ictimai-mədəni mühiti fonunda tədqiq olunaraq Hüseyn Cavidin müasirləri ilə yaradıcılıq əlaqələri, Türkiyə maarifçi mühitinin onun dünyagörüşünə təsiri, İstanbul illərinin şairin yaradıcılığında oynadığı rol geniş şəkildə araşdırılmış, “Əmir Teymur: tarixdə və ədəbiyyatda” monoqrafiyasında tarixi şəxsiyyətin bədii ədəbiyyatda əksini araşdırılmış, Əmir Teymur obrazı Hüseyn Cavid yaradıcılığında təcəssümü, tarixilik və bədiilik problemləri elmi əsaslarla təhlil edilmişdir. Elmi əsərləri dünyanın müxtəlif ölkələrində – Türkiyə, Rusiya, İtaliya, İran, Braziliya, Ukrayna, Kanada, İraq və digər ölkələrdə nəşr olunmuşdur. "Hüseyn Cavid: mühiti və müasirləri" və “Əmir Teymur:tarixdə və ədəbiyyatda” monoqrafiyaları akademik işlərin (tezislər, dissertasiyalar, elmi araşdırmalar) çapı və yayılması ilə məşğul olan GlobeEdit beynəlxalq nəşriyyatı tərəfindən nəşr olunmuş, bir sıra məqalələri beynəlxalq elmi bazalarda indeksləşdirilmişdir ki, bu da alimin elmi fəaliyyətinin beynəlxalq miqyasda tanındığını göstərir. Balkan ölkələrinin və Avropa universitetlərinin alimləri ilə əməkdaşlıq edir, beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edir və Azərbaycan ədəbiyyatşünaslıq elmini dünya elmi mühitində layiqincə təmsil edir. Alimin elmi fəaliyyəti yalnız şəxsi yaradıcılıqla məhdudlaşmır. O, gənc tədqiqatçıların yetişməsində də mühüm rol oynayır, doktorant və dissertantlara elmi rəhbərlik edir, onların bir alim kimi formalaşmasına nəzəri-metodoloji tövsiyələr verir. |
|
| Elmi əsərlərinin adları |
1.Hüseyn Cavid və Şərq. Naxçıvan, Əcəmi, 2005. 2. Hüseyn Cavid:mühiti və müasirləri.Bakı, AFPoliqrAF, 2015. 3. Hüseyn Cavid:mühiti və müasirləri.GlobeEdit, 2018. 4. Əhməd Triniç. Bakı, Elm və Təhsil, 2020. 5. Əmir Teymur:tarixdə və ədəbiyyatda. GlobeEdit, 2020. 6. Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı. Bakı, Elm və Təhsil, 2023 7.Şeyx Məhəmməd Rasizadə. Bakı, Elm və Təhsil, 2024. 8.Hüseyn Cavid:mühiti və müasirləri (əski əlifba ilə). Urmiyə, Ülkər nəşr. 9. Reflection of philosophical ideas in Huseyn Javid's work // Revısta Unversıdad y Socıedad / 2020, tom 12, vıp: 3, p 141-150 10. Huseyn Javid in the context of western poetry tradition // Innovation and Entrepreneurship: Collection of scientific articles. - Ajax Publishing,Montreal, Canada, 2020. - 208 p.167-171 11.The author of the «Kromoy Teymur» tragedy is Huseyn Cavid historical (Суз саньати) // Journal of Word Art, Журнал Искусство Слова, ISSN 2181-9297/ DOI 10.26739/2181-9297.Toshkent. №1. c.33-38 12.“Hüseyn Cavidin tarixi dramlarında “sosial qiyamı” // Elmi iş jurnalı. Bakı, 2019, s.59-63 13.Fazıl İrevani and Fazli Kara`s Rose and Nightingale (Conflicts and truth) // “Buta” Beynəlxalq araşdırmalar jurnalı.№ 2/2020, Kars, July, 2020, 7-21 14.Hüseyn Caviddə Osmanlı İstanbulu // İnsan ve Toplum Bilimleri Akademi Dergisi, Aralık 2021, Cilt 1, Sayı 2, s.30-35 15.Klasik Türk-Aerbaycan Edebiyatında Sufizm / Bilimsel Tasavuf ve Edebiyat Dergisi /No. 2 , Vol.2, April 2026, s.113-125 16.Rengi ve özü aynı olan eserler veya sanatta savaşın yüzü” /Dil ve Edebiyat dergisi. 2026.№11, say:208, s.75-81 |
|
| Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü |
“İntoba” İnsan ve Toplum Bilimleri Akademi Dergisinin redaksiya heyətinin üzvü Türk dövlətlərinin Elmi birliyinin üzvü AMEA Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası nəzdində Elmi seminarın katibi, AMEA Folklor İnstitutunun Dissertasiya Şurası nəzdində Elmi seminarın və Naxçıvan Dövlət Universitetinin Dissertasiya Şurasının üzvü |
|
| Pedaqoji fəaliyyəti | 20 | |
| Digər fəaliyyəti | Publicist, şair | |
| Təltif və mükafatları |
İlin ən kübar xanımı” (2000). “Gənc Qızıl qələm” (2003). “Jurnalistlərin dostu diplomu” (2010). “Xurşidbanu Natəvan mükafatı” (2017). AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin alimi” mükafatı (2020). “Molla Pənah Vaqif” medalı ilə təltif edilib (2023-Türksoy Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı). |
|
| Əsas iş yeri və ünvanı | AMEA Nizami adına Ədəbiyyat İnstitutu AZ1143, Azərbaycan Respublikası, Bakı şəhəri, Hüseyn Cavid prospektı 117 | |
| Vəzifəsi | Baş elmi işçi | |
| Xidməti tel. | (+994 12) 5384180 | |
| Mobil tel. | (+994 55) 4808910 | |
| Ev tel. | (+994 12) 4218400 | |
| Faks | ||
| Elektron poçtu | ||