Tel. | (+994 36) 5446994 | |
Faks | ||
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri |
Sahab Sadiq qızı Əliyeva sahibaaliyeva89@gmail.com |
|
İşçilərin ümumi sayı | 10 | |
Yaranma tarixi | AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasının əsası 1972-ci ildə Azərbaycan SSR EA-nın Mərkəzi Elmi Kitabxanasının filialı kimi Naxçıvan Regional Elmi Mərkəzinin nəzdində qoyulmuşdur. 2002-ci ildən ümummilli lider Heydər Əliyevin 7 avqust tarixli sərəncamı ilə yaradılan AMEA Naxçıvan Bölməsinin tərkibində sərbəst elmi kitabxana kimi fəaliyyətini davam etdirir. 2013-cü il sentyabr ayının 4-də kitabxana Elektron Kitabxana statusu alaraq fəaliyyətini bu istiqamətdə aparmağa başlamışdır. Kitabxana universal xarakterli elmi kitabxana olaraq fondları elmi-texniki, ictimai-siyasi və ədəbi-bədii ədəbiyyatlarla komplektləşdirilmişdir. Kitabxana əsasən müxtəlif elmi müəssisələrdə çalışan alimlərə, elmi işçilərə, universitet müəllim və tələbələrinə, xalq təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərə xidmət göstərir. | |
Əsas fəaliyyət istiqamətləri |
Oxuculara xidmət: Elektron oxu zalında internet vasitəsi ilə Müxtəlif çap məhsullarını əhatə edən fondlar vasitəsi ilə Elektron və ənənəvi kataloq-kartoteka sistemi vasitəsi ilə Müxtəlif mövzuları əhatə edən və yeni kitablardan təşkil olunmuş sərgilərin vasitəsi ilə Kitabxana fondlarının komplektləşdirilməsi: Abunə yolu ilə alınmış qəzet və jurnallar Pul köçürmə yolu ilə alınmış müxtəlif kitablar vasitəsi ilə Müəlliflər tərəfindən hədiyyə edilmiş kitablar vasitəsi ilə Müxtəlif şəxslərin fərdi kitabxanalarından hədiyyə edilmiş ədəbiyyatlar vasitəsi ilə Müxtəlif müəssisə və təşkilatların hədiyyə etdiyi kitablar vasitəsi ilə Məlumat- biblioqrafiya işləri: Soraq-biblioqrafiya işlərinin təşkili və aparılması Məlumat-biblioqrafiya işlərinin təşkili və aparılması |
|
Fondlar |
Kitab fondlarının həcmi- 40007 Jurnal fondunun həcmi- 19503 Avtoreferat fondunun həcmi- 7866 Dissertasiya fondunun həcmi-106 Elektron kataloqlaşdırılmış kitablar- 37093 Elektron kartotekaya yazılmış qəzet və jurnal məqalələri-19376 Elektron kataloqlaşdırılmış avtoreferatlar-7866 Elektron kataloqlaşdırılmış dissertasiyalar-106 Skaner olunmuş kitablar-1811 |