Veb-sayt | www.ameaytp.az | |
Ünvan | AZ1032, Bakı ş., Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçə,9 | |
Tel. | (+994 12) 3766756 | |
Faks | (+994 12) 3766756 | |
Elektron poçtu | office@ameaytp.az | |
Baş direktor |
Vasif Bilal oğlu Abbasov İqtisad üzrə fəlsəfə doktoru Xidməti tel.: (+994 12) 3766756 |
|
İcraçı direktor | Zaur Şirəli oğlu Nehmətov | |
Yaranma tarixi |
Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. AMEA Yüksək Texnologiyalar Parkının yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır. |
|
Əsas fəaliyyət istiqamətləri | AMEA Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. AMEA Yüksək Texnologiyalar Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlərin görülməsi texnoparkın əsas fəaliyyət istiqamətidir. | |
İşçilərinin ümumi sayı | 32 | |
Struktur bölmələri |
Hüquq, insan resursları və sənədlərlə iş şöbəsi
Maliyyə və iqtisadi təhlil şöbəsi
İnvestisiya, marketinq və kommersiya şöbəsi
Texnologiyaların transferi, patent və biznes inkubasiya şöbəsi
Strateji inkişaf şöbəsi
Ərazi idarəetmə şöbəsi
Xüsusi şöbə
|
|
Müşahidə Şurası |
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Məhəmməd oğlu Əliquliyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Məmməd qızı Hüseynova Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Məcid oğlu Fərzəliyev |
|
Ekspertlər şurası |
Ekspertlər Şurasının sədri - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Məhəmməd oğlu Əliquliyev Ekspertlər Şurasının katibi - Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Məcid oğlu Fərzəliyev AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Əjdər oğlu Məmmədov AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktorunun müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Qurbanəli oğlu Ələkbərov |
|
YTP-nın rezidentləri | "AMEA Təcrübə-Sənaye Zavodu" MMC
“Elm və Texnologiya Parkı” MMC “EPC Group” MMC “Aşqar” Elmi İstehsalat Birliyi“Bakı Polimer İstehsalat” MMC “Dadaş-N” MMC “AZCOSMETICS GROUP” MMC “TAK NOOSH GROUP” MMC "PROLINE CHEMICALS" MMC "AZOIL INDUSTRY" MMC |
|
Elmlər doktorları | ||