Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Seyidov Yühənnəs Mirhəsən oğlu
Seyidov Yühənnəs MirHəsən oğlu 1927-ci il fevralın 16-da Naxçıvan şəhə­rində anadan olmuşdur. 1949-cu ildə ADU-nu bitir­mişdir. 1956-cı ildə fizika üzrə fəlsəfə dok­toru, 1973-cü ildə fizika üzrə elmlər doktoru elmi dərə­cə­sini, 1977-ci ildə isə professor elmi adını almış, 1980-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir.

1953-1960-cı illərdə ADU-nin Nəzəri fizi­ka kafedrasında işləmiş, 1960-cı ildən, eyni zamanda AEA Fizika İnstitutunun Nəzəri fizi­ka bölməsinə rəh­bərlik etmişdir. 1966-cı ildən ömrünün axırınadək AEA Fizika İnstitutunun Bərk cisim nəzəriyyəsi laboratoriyasına rəhbərlik etmişdir.

Y.Seyidovun elmi fəaliyyəti əsasən nəzəri fizikanın maqnetizm nəzə­riy­yə­sinə, bərk cisimlər fizikasının faza keçidləri və kvant sahə nəzəriy­yəsi­nin tət­biqlərinə həsr olunmuşdur.

Maqnitnizamlı kristallarda çoxelektronlu ardıcıl mübadilə nəzəriyyə­si­ni qur­muşdur. Ferrit və antiferromaqnitlərin mikroskopik nəzəriyyəsi, zəif ferromaq­nitlərin mikroskopik nəzəriyyəsi, maqnitoelektrik effektləri, pyezo­maqnit və çoxelektronlu nəzəriyyə əsasında kooperativ elektrik momentləri sahəsində əldə etdiyi nəticələr bu yöndə aparılan tədqiqatlarda geniş tətbiq olunur.

Y.Seyidov 120-dən çox elmi məqalənin müəllifidir. Rəhbərliyi ilə 2 elmlər dok­toru və 8 fəlsəfə doktoru yetişdirilmişdir.

1986-cı ildə Azərbaycan SSR Dövlət Mukafatı Laureatı olmuşdur.

AMEA-nın müxbir üzvü Yühənnəs Seyidov 1996-cı ildə Bakıda vəfat etmişdir.

 (1927-1996)