Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Verdiyeva Zemfira Nadir qızı
Azərbaycan Milli Elmlər Akademiya­sı­nın müxbir üzvü Zemfira Nadir qızı Verdi­ye­va 19 noyabr 1935-ci ildə Tiflis şəhərində  anadan olmuşdur. Həmin ildə ailəsi ilə bir­likdə Bakı şəhərinə köçmüşdür. 1943-1945-ci illərdə 189 saylı (rus dilli) orta mək­təbdə təh­sil almışdır. 1953-cü ildə Azər­bay­can Dövlət Pedaqoji Dillər İnstitutuna (İn­gi­lis-fransız dili fakültəsi) daxil ol­muş, 1957-ci ildə oranı fərqlənmə dip­­­lomu ilə bitirmiş­dir. 1957-1995-ci illər arasında Azər­baycan Döv­lət Pe­­da­­qoji Dillər İnstitutunda laborant, pe­­daqoji təc­rübə müdiri, müəl­lim, ka­fedra mü­­diri, 1973-cü ildən 1995-ci ilə qədər rek­tor və­zi­fə­sin­də çalışmışdır.

1965-ci ildə namizədlik disser­ta­si­ya­sı mü­dafiə etmiş, 1968-ci ildə do­sent elmi adını al­mışdır. 1971-ci ildə doktorluq disser­tasi­yası mü­dafiə etmiş, 1972-ci ildə pro­fessor elmi adı­na layiq görülmüşdür. 1989-cu ildə Azərbay­can Elm­lər Aka­demiyasının müxbir üzvü se­çil­mişdir.

Alimin Azərbaycanda və xarici ölkə­lər­də 190-a qə­dər kitab, monoqra­fiya və dərs vəsaitləri çap­dan çıxmışdır.  Onun elmi-pedaqoji fəaliy­yəti haq­qın­da 372 məqalə çap edilmişdir.

Z.Verdiyeva 1990-1995-ci illər ərzində  Azər­bay­can Mil­­li Məclisinin depu­ta­tı ol­muş­­dur. 1989-cu ildən Azərbaycan Qa­dınlar Cə­miy­yətinin sədri vəzifəsində çalışmış və bu müd­dətdə dünyada 63 qadınlar cəmiyyəti ilə əla­qə yarat­mış­dır. Azərbaycan Dillər Uni­ver­si­tetində namizədlik və doktorluq dis­ser­ta­si­ya­­ları üzrə Müdafiə Şurasının üzvü olmuşdur. Bir sıra dok­torant və aspi­rant­lara rəh­bərlik etmiş, müx­təlif ali təh­sil ocaqlarında elmi işlərə op­po­­nent­­lik etmişdir.

Azərbaycanın «Şöhrət» ordeninə, ABŞ-da 1998, 2007-ci illərdə «İlin qadını», 2000-ci il­də «Əs­rin qadını» adlarına layiq gö­rül­müş­dür. Bununla yanaşı, dünya­da ic­ti­mai fəaliy­yə­tinə görə ABŞ, İngiltərə, Ka­nada, Cənubi Ko­reya və s. ölkə­lərin mükafatlarını almışdır. BMT-nin nəzdində fəaliyyət gös­tərən «Bü­tün Dün­yada Sülh» federasiyası tərə­findən «Sülh­mə­ramlı Səfir» dip­lo­mu ilə təltif edilmişdir.

Z.Verdiyevanın tərcümeyi-halı 1998-ci il­də Nyu-Yorkda (ABŞ) «Bey­nəlxalq Tərcü­me­yi-Hal» Soraq Ki­tabçasına daxil edilmişdir. Həm­­çinin, xari­ci dillər üzrə ilk qadın elmlər dok­toru kimi Azərbaycan Ensiklo­pe­di­yasına da­xil olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası­nın müxbir üzvü Zemfira Verdi­­yeva 2010-cu il­­də Bakıda vəfat etmişdir.

(1935-2010)