Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Mərkəzi Elmi Kitabxananın struktur bölmələri

Azərbaycan dilində ədəbiyyat və mübadilə fondu
Tel.   
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Nazilə Həsənova
İşçilərin ümumi sayı  9
Əsas fəaliyyət istiqamətləri 

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2021-ci il 28 yanvar tarixli 6/3 №-li qərarı ilə Mərkəzi Elmi Kitabxananın struktur və işçilərin say tərkibinə uyğun olaraq 15 fevral 2021-ci il MEK-in Baş direktoru, professor Məmməd Əliyevin əmri ilə ( 51 №-li əmr) “Azərbaycan dilində ədəbiyyat və mübadilə” fondu müstəqil şöbə kimi fəaliyyətə başlayıb. “Azərbaycan dilində ədəbiyyat və mübadilə” fondunda kitab, jurnal, qəzet, dissertasiya, avtoreferat və elektron resurslar (CD-R, CD-RW disklər) mühafizə olunur.

Fonda aid inventar nömrəli hər bir sənədin qeydiyat nişanı, adı və haqqında qısa məlumatı əks etdirən topoqrafik kartotekası var.

Fond Mərkəzi Elmi Kitabxananın Kataloqlaşdırma şöbəsi tərəfindən qəbul edilən yeni ədəbiyyatın yerləşdirilməsi, oxucuların sorğularının cavablandırılması, istifadə müddəti bitmiş ədəbiyyatın fonda geri götürülməsi, zədələnmiş kitab və ya jurnalların bərpası ilə yanaşı, ölkədaxili və xarici ölkələrə Beynəlxalq Kitab Mübadiləsi yolu ilə ədəbiyyat göndərir.

Eyni zamanda ölkə daxilində fəaliyyət göstərən elmi müəssisə və təşkilatlara kitab hədiyyə edir.