Tel. | ||
Faks | ||
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri | Reyhan Əhmədova | |
İşçilərin ümumi sayı | ||
Əsas fəaliyyət istiqamətləri |
Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası, mədəniyyəti, etnoqrafiyası, flora və faunası və digər sahələrə dair məqalələrin hazırlanaraq Vikipediyaya daxil edilməsini həyata keçirir. Elektron resurslar şöbəsi Azərbaycan və xaricidilli Vikipediyada məqalələrin sistematik yerləşdirilməsi, redaktəsi, yoxlanılmasını həyata keçirir, habelə konüllülərə təlimlərin icrası üzrə tərəfdaş strukturlarla əməkdaşlıq aparır. Elmi tədqiqat mərkəzləri, universitetlər, akademik tədqiqat institutları və s. elmi qurumlara Vikipediya ilə bağlı təlimlərin keçirilməsini təşkil edir, geniş oxucu kütləsini Azərbaycana aid informasiya resursları ilə təmin etmək üçün Azərbaycandilli Vikipediyanı müxtəlif mövzularda materiallarla zənginləşdirir, innovasiyaları və qabaqcıl təcrübələri öyrənir, müəssisənin fəaliyyətinə uyğunlaşdırır və tətbiq edir. Şöbə öz işini MEK-in fəaliyyətini təmin edən əsasnaməsinə, Azərbaycan Respublikasının İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında (1998) və Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında (1996) qanunlarına əsaslanaraq, həmçinin kitabxana direktorunun əmr və qərarlarına uyğun qurur. Azərbaycanın milli, mədəni, elmi irsinə dair məlumatların məqalələr şəklində yaradılaraq mərkəzləşdirilmiş şəkildə Vikipediyada, Vikipediyanın norma və prinsiplərinə uyğun olaraq yerləşdirilməsi, Azərbaycan və dünya araşdırmaçılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsini, AMEA İnstitutlarından göndərilən əməkdaşlara Vikipediya təlimlərinin keçirilməsi, Azərbaycandilli Vikipediyanın zənginləşdirilməsi üçün tədbirlər kompleksinin hazırlanması, həmçinin Vikipediyanın prinsiplərinə uyğun olaraq məqalələrin ensiklopedik məzmunda, oxunaqlı dildə və akademik şəkildə konkret faktlar əsasında tərtib edir. Şöbə tərəfindən təşkil edilən Vikipediya təlimləri müraciətlər əsasında təşkil olunur. Adətən öz sahəsi üzrə ixtisaslaşmış könüllülər qrup şəklinə bölünərək onlara Viki-dərslər tədris edilir. Təlimlər zamanı Vikipediyanın tarixi, mahiyyəti, prinsipləri, məqalələrin yaradılması və redaktə edilməsi ətraflı şəkildə izah olunur. Yekunda könüllülər fəaliyyətlərinə əsasən AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru professor Məmməd Əliyev tərəfindən sertifikatla qiymətləndirilir. |