Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Mərkəzi Elmi Kitabxananın struktur bölmələri

Kataloqlaşdırma şöbəsi
Tel.  
Faks  
Elektron poçtu Xuraman.C@csl.az   
Struktur bölmənin rəhbəri Cəfərova Xuraman Hanifə qızı  
İşçilərin ümumi sayı 12
Əsas fəaliyyət istiqamətləri 

Cari daxil olan sənədlərin və retrospektiv sənədlərin elektron kataloqlaşdırması və biblioqrafik təsvirlərinin yaradılması fəaliyyətini nəzərdə tutur. Şöbədə MEK-ə məxsus bütün növ sənədlər biblioqrafik xassələrinə əsasən ardıcıl olaraq, elm sahələri üzrə sistemləşdirilir və indeksləşdirilir, eləcə də elektron kataloqa müvafiq kataloqlaşdırma qeydlərini daxil edir, çap formatında kataloq üçün kartoçkalar hazırlayır.

Şöbənin əsas fəaliyyət istiqamətləri – sənədin “Dövlət standartına” uyğun olaraq biblioqrafik təsvirinin verilməsini, MEK-ə yeni daxil olan (müxtəlif dillərdə kitablar, jurnallar, nəşri davam edən resursları və müxtəlif tipli) sənədləri ardıcıllıqla biblioqrafik təsvir qaydalarına əsasən ənənəvi - əlifba, sistemli kataloq yaradılması məqsədilə elektron kataloqa müvafiq qeydlərin daxil edilməsini təmin edir. Yazılmış kartoçkaların ənənəvi kataloqlar üçün işlənilməsini və ciddi əlifba üzrə kataloqlara düzülməsini təmin edir.

Artıq bir neçə ildir kitabxana fondun elektron kataloqa salınması işini davam etdirir. Belə ki, şöbənin fəaliyyətinə həm cari kitab işləmə, həm də retrokonversiya işləri daxildir.

Ümumi fonddan kitablar qaldırılır və (İRBİS)-64 proqramı adlanan elektron kataloqa daxil edilir. Şöbə həm elektron kataloqda, həm də ənənəvi kataloqda redaktə işini təşkil edir. İşlənilmiş kitablar və digər müxtəlif çap məhsullar sonda fondlara təhvil verilir.