Tel. | ||
Faks | ||
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri | Gülnar Məmmədova | |
İşçilərin ümumi sayı | 13 | |
Əsas fəaliyyət istiqamətləri |
Şöbə müxtəlif növ ədəbiyyatların təhvil alınması, sənədləşdirilməsi, inventar nömrələrinin verilməsi, e-kataloqa daxil edilməsi və müvafiq fondlara göndərilməsi işini həyata keçirir. Komplektləşdirmə şöbəsinin iş prinsipləri və fəaliyyəti aşağıdakılardan ibarətdir: -qəbul olunan ədəbiyyat, sənədləşdirilir, təşkilat və idarə tərəfindən daxil olunanlara təhvil-təslim aktı və ya müəlliflərə tələblərinə uyğun Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etmək üçün və yaxud tələb olunan orqana arayış hazırlanır; -elektron formatda təqdim olunan sənədlərə (CD, PDF) Müəllif hüquqularını qorumaq məqsədilə "Müəllif müqaviləsi" tərtib olunur, Kitabxananın saytında yerləşdirilməsinə dair müəllif tərəfindən icazə olduqda isə tərtib olunan "Müəllif müqaviləsi"ndə yazılı şəkildə “İcazə verirəm” qeyd edilir; -qəbul olunan bütün ədəbiyyat elektron kataloqda İRBİS-64+ proqramında Komplektəşdirmə moduluna daxil edilir və daha sonra akt üzrə fondlara təhvil verilir; -qəbula dair təhvil – təslim sənədləşməsini müdiriyyət, mühasibatlıq və kitabxananın fondları ilə birgə həyata keçirir; -qəbul olan ədəbiyyat yoxlanılır, fondda mövcud olanlar və ya fondda 4 nüsxədən artıq olan əddəbiyyat aktlaşdırılır və akt üzrə Mübadilə fonduna təhvil verilir; -qəbul olan ədəbiyyata dair rüblük və illik hesabatlar hazırlanır; -il ərzində daxil olmuş ədəbiyyatın inventar kitabları hazırlanır, kitabxananın summar kitabında müvafiq bəndlərə uyğun qeydlər edilir; |