Tel. | (+994 50) 3951252 | |
Faks | ||
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri |
İlhami Nizam oğlu Əliyev Tarix üzrə fəlsəfə doкtoru, dosent |
|
İşçilərin ümumi sayı | 1 | |
Əsas fəaliyyət istiqamətləri | Azərbaycan tarixinin tərkib hissəsi kimi Naxçıvanın qədim və orta əsrlər tarixinin öyrənilməsi. | |
Əsas elmi nəticələri |
Naxçıvan ərazisində mövcud olan epiqrafiк abidələr sistemli şəкildə tədqiq olunmuş, indiyədək 600-dən artıq kitabə qeydə alınmışdır. Kitabələrin mətnləri oxunaraq Azərbaycan dilinə tərcümə edilmiş, onlar Azərbaycan tarixinin mənbəyi kimi öyrənilmişdir. Tədqiq olunan kitabələrin böyük əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Bu abidələrin təqdim etdiyi məlumatlar əsasında orta əsrlər zamanı Naxçıvanda fəaliyyət göstərən sufiliklə bağlı mərkəzlərlə əlaqədar tədqiqatlar aparılmış, bir neçə xanəgah, onların rəhbər şeyxlərinin fəaliyyəti öyrənilmişdir. Naxçıvanın orta əsrlər dövrü tarixinin və epiqrafik abidələrinin tədqiqi istiqamətində işlər davam etdirilməkdədir. Eyni zamanda Naxçıvanda mövcud olan daşüzərində işləmə mərkəzlərinin (Darıdağ, Tivi, Kırnavə s.) faliyyəti tədqiqata cəlb olunmuşdur. Məlum olmuşdur ki, Naxçıvan bölgəsində indiyədək qalan müxtəlif xatirə abidələri, o cümlədən daş qoç fiqurları, sənduqələr və s. Bu mərkəzlərdə yerli ustalar tərəfindən hazırlanmışdır. Ərazidə indiyədək qalan orta əsrlər dövrünə aid xatirə abidələri üzərindəki təsvirlər tarix-mədəniyyət abidələri kimi tədqiq edilərək elmi dövriyyəyə buraxılmışdır. Həmçinin orta əsrlər dövründə Naxçıvanda inkişaf etmiş sənətkarlıq sahələri araşdırılmışdır. Digər istiqamətdə Naxçıvanın XIII-XVIII əsrlər dövründə siyasi vəziyyəti, iqtisadi həyatı, tarixi coğrafiyası və əhalisi tədqiqata cəlb edilmişdir. Tədqiqatlar göstərmişdir ki, monqol hücumları, Hülakilər və Səfəvilər dövründə Naxçıva nərazisi baş vermiş müharibələr nəticəsində zərər çəksədə, burada inkişafda olmuş, şəhərlər, sənətkarlıq, ticarət v əmədəniyyət inkişaf etmişdir. Həmin vaxt Naxçıvan bölgəsinin əhalisi əsasən azərbaycanlılardan ibarət olmuşdur. Şöbənin əməkdaşları Naxçıvanın epiqrafik abidələrinə və Azərbaycan tarixinin müxtəlif problemlərinə aid 600-dən artıq elmi və elmi kütləvi əsər, o cümlədən 40-dan artıq kitab, monoqrafiya, dərs vəsaiti, metodik vəsait və dərs proqramı, 380-dən artıq elmi məqalə və tezis nəşr edilib. Əməkdaşlar bir sıra beynəlxalq və respublika miqyaslı simpozium və konfranslarda iştirak etmiş, monoqrafiya, dissertasiya və avtoreferatlara rəy vermiş, kitab və monoqrafiyalara redaktorluq edib. Fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarına opponentlik edilmiş, 4 fəlsəfə doktoru hazırlanmışdır. Bir neçə nəfər elmlər doktoru və fəlsəfə doktoru dissertasiyaları üzərində işləməkdədir.
|