Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Struktur bölmələri

Fiziki tədqiqatlar laboratoriyası
Tel. (+994 36) 5455746
Faks  
Elektron poçtu

mamedhuss@mail.ru 

Struktur bölmənin rəhbəri

Hüseynəliyev Məmməd Hüseynəli oğlu  

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Naxçıvan Muxtar Respublika ərazisində alternativ (bərpa olunan) enerji mənbələrinin öyrənilməsi və günəş çeviricilərində istifadə olunan perspektivli birləşmələrin nazik təbəqələrinin alınması və tədqiqi 
Əsas elmi nəticələri

PbS nazik təbəqəsi üçün spektroskopik ellipsometriya ölçmələrinə əsasən kompleks dielektrik funksiyasının həqiqi və xəyali hissələri üçün alınmış  asılılıqlardan E-bohran enerji qiymətləri “Graphical analysis” proqramı ilə təyin edilmişdir. Kimyəvi çökdürmə yolu ilə alınmış CdS nazik təbəqəsinin elektrolit məhlulundan ion mübadiləsi yolu ilə CdTe-a transformasiyası. Ellipsometrik ölçmələrdən PbS nazik təbəqəsinin kritik nöqtələrinin təyin edilmisdirir. Transformasiya prosesi nəticəsində alınmış CdS/CdTe heterokeçidində CdTe təbəqəsini EDTA (Trilon B) vasitəsilə qismən və bütünlüklə çevirməklə və alınmış Te təbəqəsini NaBH4-də həll etməklə heterokeçidə uyğun olaraq  CdTe və CdS  komponentlərinin qalınlıqlarının tənzimlənməsi məsələsi araşdırılmış və öz müsbət həllini tapmışdır. Mürəkkəbcoğrafi əraitə malik olan Culfa və Şahbuz rayonlarında günəş və külək enerjilərinin araşdırılması davam etdirilmiş, bu rayonlarında quraşdırılacaq günəş və külək enerji qurğularının yerlərinin müəyyənləşdirilməsi işləri aparılmışdır. Araşdırmalara əsasən Şahbuz və Culfa rayonlarının hər birinin fərqli mikro iqlimə malik olduğu müəyyən edilmiş və bu rayonlarda yarana biləcək ekoloji problemlərin həlli məsələləri öyrənilmişdir.